Qaynar xətt:

(+99450) 247 90 86

Mingəçevirdə kişi arvadını qətlə yetirdi

Mingəçevirdə kişi arvadını qətlə yetirdi

KRİMİNAL

382

21.06.2024, 14:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İyunun 21-də saat 13 radələrində Mingəçevir şəhəri, Yeni həyat qəsəbəsi ərazisində 1999-cu il təvəllüdlü Aygün Vəliyevanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Oxu24.com xəbər verir ki, araşdırma zamanı 1990-cı il təvəllüdlü Elçin Əliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla arvadı Aygün Vəliyevaya xəsarətlər yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Elçin Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

***

14:10

İyunun 21-də saat 13 radələrində Mingəçevir şəhərində 1999-cu il təvəllüdlü Vəliyeva Aygün Elşan qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının əri, 34 yaşlı Əliyev Elçin Rafael oğlu könüllü olaraq polisə təslim olub.

Araşdırma aparılır.