Türkiyənin Aydın şəhərində boşanma mərhələsində olan kişi arvadını zəncirlə boğaraq öldürüb.
Oxu24.com xəbər verir ki, Ərcan.Ö həyat yoldaşı Zeyneb.Ö ilə iş yerinin sənədi üstündə mübahisə yaranıb.
Belə ki, boşanma qərarından əvvəl Ərcan.Ö iş yerini Zeynəb.Ö-nün adına qeydiyyata saldırıb. Lakin boşanma zamanı iş yerini arvadından geri istəyib, o isə razı olmayıb. Aralarında yaranan mübahisə zamanı cütlüklər bir-birinin üzərinə bıçaqla hücum edib. Hər iki əlindən yaralanan Ərcan.Ö zəncirlə Zeynəb.Ö-nü boğaraq öldürüb. Oxu24.com
ŞƏRHLƏR