Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda 84 yaşlı kişi evində yanaraq öldü

Bakıda 84 yaşlı kişi evində yanaraq öldü

KRİMİNAL

704

23.03.2019, 10:34

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\"  Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 107 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının, dəhlizinin yanar konstruksiyaları və ev əşyaları 54 m² sahədə yanıb.
Oxu24.com  FHN-ə istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 1935-ci il təvəllüdlü Abbasov Əli Bayram oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.