Qaynar xətt:

(+99450) 247 90 86

Goranboyda dəhşətli qəza: insanlar maşında yanaraq öldü

2019-03/1553235956_10-21-48-thumbnail_e-3.jpg

KRİMİNAL

903

22.03.2019, 10:26

\"\" Goranboyda ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər maşında yanaraq ölüb.
Fövqəladə Hallar Nazirliyindən Oxu24.com -a verilən məlumata görə, “Mercedes” markalı yük avtomobili ilə “Ford” markalı minik avtomobilinin toqquşması nəticəsində “Ford”da yanğın baş verib. 
Yanğının kəşfiyyatı zamanı minik avtomobilində şəxsiyyəti bilinməyən iki nəfərin yanmış meyiti aşkarlanıb. Cəsədlər yanğınsöndürənlər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.  
\"\" 
Yük avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.