Nərimanov rayon Məhkəməsinin qərarı ilə 10 gün müddətinə həbs edilən idmançı Kamil Zeynallı bu gün saat 17.00-da azadlığa buraxılıb.
Oxu24.com xəbər verir ki, bu haqda K. Zeynallı özü instagram hesabında bildirib. İdmançı evə gəlişini və anası ilə görüşünü video-görüntüyə aldıraraq, fikirlərini bu cür ifadə edib:
"Dostlar salam. Çox şükür, hər şey yaxşıdır. Hamıdan, hər kəsdən razıyam. Heç nədən narazılığım yoxdur. Səhfimiz vardı, cəzamızı da çəkib, gəldik. 10 gün nədir ki? Camaat illərlə "srok" yatır. Allah içəridə olan hər kəsin qapısını açsın! Allaha and olsun, 15 sutkalığın rəisi Ramin müəllim başda olmaqla, bütün işçilərdən çox razıyam. Hamı ilə necə davranırdılarsa, mənimlə də o cür... İnsan hara gedir getsin, getdiyi yerdə özünü necə aparırsa, o cür də onunla rəftar edirlər... Bütün maraqlanan, maraqlanmayan hər kəsə təşəkkürümü bildirirəm"!
Xatırladaq ki, Kamil Zeynallı Heydər Əliyev Mərkəzinin yaxınlığında mobillə ucadan söyüş söyərək danışdığı üçün orada olan sakinlər narazılıq yaratmışdılar. Bu səbəbdən də o, polislər tərəfindən saxlanılmışdır.
Oxu24.com
ŞƏRHLƏR