Bakı-Şamaxı avtomobil magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə dünən axşam saat 18:00 radələrində olub.
Belə ki, Dövlət Yol Polisinə məxsus BMW markalı avtomobil yoldan çıxaraq aşıb.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində Baş İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev bildirib ki, hadisə Bakı-Şamaxı yolunun 70-ci kilometrində baş verib:
“İlkin məlumata görə, DYP-nə məxsus avtomobilin sürücüsü idarəetməni itirib və maşın aşıb. Hadisə nəticəsində bir nəfər polis əməkdaşı xəsarət alıb”.
R. Quliyev qeyd edib ki, faktla bağlı araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR