Qaynar xətt:

(+99450) 247 90 86

Qaçırdığı avtomobillə qəza törədən şəxs tutuldu

Qaçırdığı avtomobillə qəza törədən şəxs tutuldu

KRİMİNAL

418

03.06.2024, 11:00

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Mövsüm İsgəndərov saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, M. İsgəndərov iyun ayının 2-nə keçən gecə Gəncə şəhər sakininə məxsus "VAZ-2106" markalı avtomobili qaçırıb. O, Yevlax şəhərində saxlanılıb.

Bundan başqa araşdırmalar zamanı onun digər bir Gəncə şəhər sakininə məxsus "VAZ-2106" markalı avtomobili qaçıraraq işıq dirəyinə vurması müəyyən olunub.

Şübhəli şəxs istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.