Qaynar xətt:

(+99450) 247 90 86

Bakı metrosunda dəhşətli hadisə: qatar yoluna düşən sərnişin öldü - YENİLƏNDİ

Bakı metrosunda dəhşətli hadisə: qatar yoluna düşən sərnişin öldü - YENİLƏNDİ

KRİMİNAL

382

02.06.2024, 14:36

Metronun "28 May" stansiyasında qatarın yoluna düşən sərnişin ölüb.

Bu barədə OXU24.COM -a “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Qeyd edilir ki, onun meyiti stansiya yolundan çıxarıldıqdan sonra hərəkət bərpa olunacaq.

Hadisə ilə əlaqədar xətlərdə yubanma olub.

***

"28 May" metrostansiyasında sərnişin stansiya yoluna düşüb.

Bu barədə Publika.az-a “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Qeyd edilir ki, hadisə ilə əlaqədar xətlərdə yubanma var.

Həmin şəxsin vəziyyəti açıqlanmayıb. Əlavə məlumatın veriləcəyi bildirilib.