Qaynar xətt:

(+99450) 247 90 86

Polis Lerikdə əməliyyat keçirdi: Narkokuryerlər tutuldu

Polis Lerikdə əməliyyat keçirdi: Narkokuryerlər tutuldu

KRİMİNAL

329

17.05.2024, 13:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Lerikdə çətin relyef şəraitində keçirilən əməliyyat zamanı narkokuryerlər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakinləri Aqil Məmişov və  Nurlan Bayramov saxlanılıblar.

Onlardan 1 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar aparılır.