Qaynar xətt:

(+99450) 247 90 86

Ağsuda qanunsuz narkotik satan şəxs saxlanıldı

Ağsuda qanunsuz narkotik satan şəxs saxlanıldı

KRİMİNAL

350

07.05.2024, 10:07

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, əvvəllər də analoji əmələ görə məhkum olunmuş Habil Zamanov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, onun üzərindən və idarə etdiyi avtomobildən marixuana aşkarlanıb.

Məhkəmənin qərarı ilə H.Zamanov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.