Qaynar xətt:

(+99450) 247 90 86

Polis onları Beyləqanda tutdu

KRİMİNAL

271

09.04.2024, 10:21

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri Nizami Baxışov, Ramiz Əmrahov və Teymur Qasımov saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu24.com-a verilən məlumata görə onlardan 5 kiloqramdan artıq marixuana aşkarlanıb. Bundan əlavə, keçirilən digər tədbir zamanı qanunsuz olaraq silah-sursat əldə edərək saxlayan rayon sakini Ramiz Cəfərov tutulub. Ondan 1 ədəd "Kalaşnikov" avtomatı, 1 ədəd daraq və 29 ədəd patron aşkarlanıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir. Miri