Sürücü həbs olundu
27 Noyabr 2026, 16:57
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
415
07.04.2024, 09:55
Malta məhkəməsi “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun şikayətini rədd edib.
Oxu24.com Oxu.az-a istinadən bildirir ki, bu barədə “Malta Today” yazıb.
Bildirilir ki, Mübariz Mənsimov 2020-ci ildə Türkiyədə həbs olunandan bəri onun gəmiçilik imperiyası kreditorların hədəfində olub.
Qeyd olunur ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Mübariz Mənsimovun 240 milyon dollar təzminat ödəməyə məcbur edilməsinə dair 2021-ci il London Arbitraj qərarının icrasını tələb edib.
Mənsimov isə bununla əlaqədar Malta məhkəmələrinə müraciət edib.
Məhkəmə SOCAR-ın “Palmali”yə qarşı qaldırdığı iddia üzrə Malta Arbitraj Mərkəzinin qərarını qüvvədə saxlayıb.
Yazıda qeyd olunur ki, Mənsimovun gəmiçilik imperiyası, demək olar ki, bütünlüklə Maltada qurulub. O vaxtdan bəri Mənsimovun Maltadakı aktivləri “Sberbank” kreditorları tərəfindən verilən başqa bir qərarla dondurulub.
2023-cü ildə London Arbitraj Mərkəzi Mənsimovun şikayətini rədd edərək arbitraj qərarının Maltada qeydiyyata alınmasına göstəriş verib.
Mənsimov Londonda uduzduğu işə üzrə ədalətli dinləmədən imtina edildiyini iddia edərək Malta Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib.
Malta Arbitraj Məhkəməsi Mənsimovun Malta vətəndaşı olmadığı üçün onun səlahiyyətlərinə tabe olmadığı barədə iddialarını təkzib edib.
“Mənsimovun Maltada əmlakının və ya pul vəsaitinin olub-olmamasının əhəmiyyəti yoxdur. Mənsimovun Maltada qeydiyyatdan keçmiş “Palmali Holdinq” şirkəti var. Mənsimov şirkətin səhmdarı olduğu üçün onun Maltada aktivləri (payları) var”, - deyə bildirilib.
2023-cü ildə Malta məhkəməsi “Palmali” gəmiçilik qrupuna məxsus bir sıra Malta gəmiçilik şirkətlərinə qarşı “Sberbank”ın lehinə qərar çıxarıb.
Məhkəmə müəyyən edib ki, “Palmali” “Sberbank” kreditlərini geri qaytarmamaq üçün Maltadakı gəmiçilik şirkətlərini saxtakarlıq yolu ilə müflis etmək məqsədilə qeyri-qanuni əməliyyatlar həyata keçirib və sonda Mənsimovun məkrli planları ifşa olunub.
20:55 / 27 Noyabr 2026
12
20:46 / 27 Noyabr 2026
34
20:39 / 27 Noyabr 2026
71
20:35 / 27 Noyabr 2026
64
20:28 / 27 Noyabr 2026
60
20:10 / 27 Noyabr 2026
344
20:08 / 27 Noyabr 2026
173
19:58 / 27 Noyabr 2026
80
19:54 / 27 Noyabr 2026
89
19:49 / 27 Noyabr 2026
83
19:42 / 27 Noyabr 2026
93
19:38 / 27 Noyabr 2026
97
19:34 / 27 Noyabr 2026
471
19:26 / 27 Noyabr 2026
120
19:22 / 27 Noyabr 2026
101
19:09 / 27 Noyabr 2026
392
19:00 / 27 Noyabr 2026
92
18:45 / 27 Noyabr 2026
181
18:33 / 27 Noyabr 2026
130
18:25 / 27 Noyabr 2026
120
18:15 / 27 Noyabr 2026
129
18:08 / 27 Noyabr 2026
160
17:58 / 27 Noyabr 2026
141
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.