Qaynar xətt:

(+99450) 247 90 86

Siqaret üstündə 4 nəfər tərəfindən döyülərək bıçaqlandı

Siqaret üstündə 4 nəfər tərəfindən döyülərək bıçaqlandı

KRİMİNAL

419

07.04.2024, 09:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının Xəzər rayonunda 4 nəfərin hücumuna məruz qalan şəxs bıçaqlanıb.

 

Oxu24.com-un  məlumatına görə, hadisə Binə qəsəbəsində qeydə alınıb.

 

Belə ki, 1985-ci il təvəllüdlü, Lerik rayon sakini Məmmədov Raul Ağababa oğlu küçədə gedərkən ona 4 nəfər tanımadığı şəxs yaxınlaşaraq döyüblər.

 

Dava zamanı tanımadığı şəxslər ona bıçaq xəsarətləri yetiriblər.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki tərəfli döş qəfəsində 2 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

 

Raul Məmmədov “Report”a açıqlamasında deyib ki, mübahisə siqaret üstündə düşüb.

 

Hadisənin təfərrüatı araşdırılır.