Qubada rayonunda əxlaqsızlıq yuvası aşkar edilib.
Bu barədə
Oxu24.com-a DİN mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.
Quba Rayon Polis Şöbəsinə rayon sakini Zeynəb Məmmədovanın “Tamerlan” adlı kafedə əxlaqsızlıq yuvası təşkil etdiyi barədə məlumat daxil olub.
{banner_reklam}
Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində kafe sahibi və oğlu, eləcə də, həmin kafedə işləyən beş qadın saxlanılaraq RPŞ-nə gətirilib.
Faktla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində AR Cinayət Məcəlləsinin 243-cü (Fahişəliyə cəlb etmə) və 244-cü (Əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR