Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda gərgin anlar: İki nəfər binanın damına çıxıb intihar etmək istəyir

2019-02/1551245037_19_02_27_1551244757.jpg

KRİMİNAL

1195

27.02.2019, 09:24

\"\"  Fövqəladə Hallar Nazirliyinin \"112\" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda iki nəfər beşmərtəbəli binanın damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Oxu24.com   FHN-in saytına istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşlarla aparılan psixoloji söhbətlər nəticəsində onlar, özlərinə qəsd etmək fikrindən daşınıblar. Əməliyyat başa çatıb.