Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda ayını qəfəsə salan şəxs həbs edildi

2019-02/1551186983_ayiq-ef.jpeg

KRİMİNAL

854

26.02.2019, 17:16

\"\"  Fərdi təsərrüfatda ayı saxlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Oxu24.com-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Mirzəqışlaq kənd ərazisində Abbas Zeynalova məxsus fərdi təsərrüfatda adı “Qırmızı kitaba” düşmüş və qəfəsdə saxlanılması qanunla qadağan edilmiş bir ədəd qonur ayının saxlanıldığı məlum olub. Həmçinin A.Zeynalova məxsus həmin təsərrüfa baxış zamanı oradan müvafiq sənədləri olmayan bir ədəd “Cifsan” markalı ov tüfəngi də aşkar edilərək götürülüb. Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır. Qanunsuz olaraq qəfəsdə saxlanılan ayının əhalinin həyat və sağlamlığına zərər verməsinin qarşısının alınması və təbiətə qaytarılması istiqamətində polis şöbəsi tərəfindən müvafiq qaydada qanuna uyğun tədbirlər həyata keçirilir.