Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda faciə! Tələbə qız hamamda ölü tapıldı

2019-02/1551165418_oluhamam.jpg

KRİMİNAL

760

26.02.2019, 11:15

\"\"  Bakıda 18 yaşlı qız dəm qazından boğulub.
Oxu24.com Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda baş verib. Rayonun Əlövsət Əbdulrəhimov küçəsi, ev 124, mənzil 36-da kirayədə yaşayan, 2001-ci il təvəllüdlü Camalova Aytən Hikmət qızı yaşadığı mənzilin hamam otağında dəm qazından boğulub. A.Camalovanın meyiti hamamda aşkarlanıb. Faktla bağlı araşdırma aparılır. Məlumata görə, A.Camalova Tovuz rayon sakinidir və Azərbaycan Dillər Universitetinin tələbəsi olub.