Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında ölüm hadisəsi baş verib.
Oxu24.com xəbər verir ki, müəssisədə saxlanılan Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Xudaverdiyev Namiq Vəli oğlu qəfil vəfat edib. Onun səhhətində hər hansı problemin olmadığı, qəfil keçirdiyi infarkt nəticəsində dünyasını dəyişdiyi məlum olub.
Qeyd edək ki, həbsxanada vəfat edən N.Xudaverdiyev keçən ilin martında Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi tərəfindən saxlanılıb. O, Babək prospektində yerləşən anbardan 6746 manat dəyərində təmir-tikinti alətlərinin oğurlamaqda şübhəli bilinib.
{banner_reklam}
Ötən gecə Kürdəxanıda yerləşən 1 saylı istintaq təcridxanasında da ölüm hadisəsi baş verib.
Belə ki, keçən ay Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının külli miqdarda saxta xarici valyutanı dövriyyəyə buraxmaqda şübhəli bilərək saxladığı Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Şirvan Musayev müəssisədə cəfat edib.
Gecə saat 02 radələrində yerləşdirildiyi kamerada 55 yaşlı Ş.Musayevin meyiti tapılıb. Onun öz əcəli ilə öldüyü məlum olub.
Hər iki faktla bağlı araşdırma aparılır. Oxu24.com
ŞƏRHLƏR