Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda bina yanır: bir ailə 14-cü mərtəbədə qalıb

Bakıda bina yanır: bir ailə 14-cü mərtəbədə qalıb

KRİMİNAL

799

25.02.2019, 15:14

  Hazırda çoxmərtəbəli binada yanğın davam edir və söndürülməsi üçün tədbirlər görülür.
Oxu24.com  bildirir ki, report-un hadisə yerində olan əməkdaşı xəbər verir ki, binanın 14-cü mərtəbəsində bir ailənin 4 üzvü qalıb.
Xilasedicilər onları binadan çıxarmağa çalışırlar. Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı tüstüdən zəhərlənən iki qadın 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. Bu barədə Oxu24.com-a  Səhiyyə Nazirliyindən məlumat verilib. Həkimlər 26 və 53 yaşlı iki qadının vəziyyətlərini orta ağır kimi qiymətləndirirlər.   Onların həyatları üçün təhlükə yoxdur.