Goranboyda yaşayış evində baş verən yanğın zamanı bir nəfər ölüb.
Oxu24.com -un verdiyi məlumata görə hadisə rayonun Səmədabad kəndində qeydə alınıb. Kənd sakini 1944-cü il təvəllüdlü Usanova Şamaxı Baxış qızına məxsus ümumi sahəsi 90 kvadratmetr olan bir mərtəbəli, 2 otaqlı yaşayış evində baş verən yanğın zamanı evin 36 kvadratmetr tavan hissəsinin yanar konstruksiyaları yanıb.
Əraziyə Goranboy və Kəlbəcər rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə avtomobilləri və canlı qüvvəsi cəlb olunub.
Alov tez bir zamanda söndürülüb. Hadisə zamanı ev sahibəsi Ş. Usanova tüstüdən boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR