Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10253
az

Qadınları Türkiyədə və Dubayda cinsi istismara məruz qoyan Züleyxa HAKİM QARŞISINDA

21:1523 Fevral, 2019
1151
KRİMİNAL
  • A
 
Azərbaycanlı qadınları Türkiyədə və Dubayda cinsi istismara məruz qoymaqda təqsirli bilinən Xaçmaz rayon sakini, 1963-cü il təvəllüdlü Züleyxa Nüsrəddin qızı Həsənovanın barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Oxu24.com  Teleqraf.com-a istinadən xəbər verir ki, Züleyxa Həsənovanın barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Zeynal Ağayevin icraatına verilib.

Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlanacaq.

Xaçmaz rayon sakini olan Züleyxa Həsənovanın həbs edilməsi üçün əməliyyatı İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi keçirib.

Məlum olub ki, Züleyxa Həsənova Azərbaycan vətəndaşları olan qadınları Türkiyəyə və Dubay şəhərinə aparıb, orada onları cinsi istismara məruz qoyub.

Zərərçəkmiş qadınlar Azərbaycana qayıtdıqdan sonra Züleyxa Həsənova barəsində idarəyə şikayət ediblər.

Şikayət əsasında Züleyxa Həsənova barəsində araşdırma başlanıb. Onun Azərbaycan vətəndaşı olan qadınları cinsi istismara məruz qoyması müəyyən edilib.

Bu səbəbdən Züleyxa Həsənovanın barəsində 2017-ci ildən axtarış elan edilib.

İstintaq orqanı tərəfindən Züleyxa Həsənovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (İki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 144-1.2.2-ci (təkrar insan alveri törətmək) və 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək) maddələri ilə ittiham elan edilib.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsmayıllıda gənc oğlanın meyiti tapıldı
Bakıda 33 yaşlı qadın başına daşla vurularaq qətlə yetirildi
İki keçmiş nazir həbs olundu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ