Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10201
az

Arvadını qonşusu ilə yaxaladı, birini baltaladı, o birini... — Gədəbəydə DƏHŞƏTLİ CİNAYƏT

14:1922 Fevral, 2019
928
KRİMİNAL
  • A
 


Gədəbəy rayonunda arvadını xüsusi amansızlıqla öldürməyə cəhddə və qonşusunu döyməkdə təqsirli bilinən Əlviz Əsgərovun barəsində olan ibtidai istintaq başa çatıb.

Oxu24.com  ölkə.az-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Mart ayının 4-də məhkəmənin hazırlıq iclası Faiq Mahmudovun sədrliyi ilə keçiriləcək.

İttihama görə, 1976-cı il təvəllüdlü Qozqaralı kənd sakini Əlviz Əsgərov həyat yoldaşı, 1977-ci il təvəllüdlü Könül Allahverdiyevanı baltalayıb. O, daha sonra qonşusu, 1949-cu il təvəllüdlü Firudin İsmayılovu yaxınlıqdakı meşədə ağac parçası ilə döyərək, ona ağır xəsarətlər yetirib.

Hər iki yaralı əvvəlcə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Məlumata görə, qadına sol yuxarı ətrafın çapılmış və sınmış yarası diaqnozu qoyulub və onun vəziyyəti ağır olub. Eyni zamanda ağır kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrindən ağır əzilmiş və çapılmış xəsarətlər alan Firuddin İsmayılovun da vəziyyəti ağır qiymətləndirilib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Əlviz Əsgərov həbs edilib. İstintaq orqanı tərəfindən Əlviz Əsgərovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd etmək) maddəsi ilə cinayət işi açılıb.

{banner_reklam}

İstintaqa ifadə verən Əlviz Əsgərov törətdiyi cinayəti etiraf edib. O, bildirib ki, hadisəni qisqancliq zəminində törədib. Əlviz Əsgərovun ifadəsinə görə, arvadının qonşusu ilə olan münasibətini öyrənib. İşi ilə əlaqədər əvvəllər kənddə gec-gec olub: "Amma son 4 il ərzində işimdən ayrılmışdım və kəndə qayıtmışdım. Arvadımın başqa kişi ilə münasibət saxladığını eşitmişdim. Amma sübut yox idi. Bu səbəbdən 4 il onun hərəkətlərini izlədim, axırda şübhələrim və deyilənlərin doğru olduğunu öyrəndim.

Hadisə baş verən günü arvadımla mübahisə etdim. Sonra balta ilə onu vurdum. Cinayəti törədəndən sonra küçəyə çıxdım. Firudinin harada olduğunu öyrəndim. Bildim ki, meşə kənarındadır. Həmin yerə getdim. Orada Firudin ilə mübahisə etdim, yol kənarında olan ağac parçası ilə ona çoxsaylı xəsarətlər yetirdim".

Əlviz Əsgərovun sözlərinə görə, hadisə baş verən günü arvadının Firudinlə birlikdə yaxalayıb.

Qeyd edək ki, Əlviz Əsgərovun Könül Allahverdiyeva ilə olan birgə nikahlarından 4 uşaqları var.

Cinayətdə adı hallanan Firudin Məmmədov əvvəllər 4 dəfə ailə həyatı qurub, sonra da onun həmin nikahları pozulub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsmayıllıda gənc oğlanın meyiti tapıldı
Bakıda 33 yaşlı qadın başına daşla vurularaq qətlə yetirildi
İki keçmiş nazir həbs olundu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ