Qaynar xətt:

(+99450) 247 90 86

Kürdəmirdə ŞOK OLAY: 19 yaşlı ana doğuşdan sonra öldü

2019-02/1550777758_dogus.jpg

KRİMİNAL

943

21.02.2019, 23:36

\"\" Kürdəmir rayonunda doğuş zamanı ölüm hadisəsi baş verib.
“Oxu24.com”un xəbərinə görə, rayonun 19 yaşlı Carlı kənd sakini Nuranə Sədrəddin qızı Novruzova bu gün saat 14:00 radələrində doğuş sancıları ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının (RMX) Doğuş şöbəsinə yerləşdirilib. Saat 16:30-da isə doğuş baş tutub və ana 3,4 kq-lıq oğlan uşağı dünyaya gətirib. Doğuşdan təqribən 15-20 dəqiqə sonra anada boğulma halı baş verib. Həkimlər onu reanimasiya etmək istəsələr də, Nuranənin həyatını xilas etmək mümkün olmayıb. Hadisənin hansı səbəbdən baş verməsi ekspertin rəyindən sonra aydın olacaq. {banner_reklam1} Kürdəmir RMX-nin baş həkimi Eynulla Novruzov bildirib ki, Nuranə xəstəxanaya daxil olarkən səhhəti normal olub və doğuş normal həyata keçirilib. Yeni doğulan körpənin vəziyyəti normaldır. Son 26 ildə Kürdəmir RMX-da ana ölümü baş verməyib. Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.