Qaynar xətt:

(+99450) 247 90 86

Bakı metrosunda şok! Azyaşlı qıza zor tətbiq edən kişi tutuldu

Bakı metrosunda şok! Azyaşlı qıza zor tətbiq edən kişi tutuldu

KRİMİNAL

1056

21.02.2019, 12:09

\"\"  İctimai nəqliyyatda soyğunçuluq edən şəxs Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb.
DİN Mətbuat Xidmətindən Oxu24.com-a verilən məlumata görə, fevralın 19-da saat 13 radələrində metronun “28 May” stansiyasının platformasında azyaşlı bir qıza zor tətbiq edib əlindəki mobil telefonunu alaraq qaçmağa cəhd göstərən şəxs Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb.
Onun Cəlilabad rayon sakini H.Əbilzadə olduğu müəyyən edilib. “Samsung A7” markalı mobil telefon maddi sübut kimi ondan götürülüb. Metropolitendə Polis Şöbəsində araşdırma aparılır. \"\"