Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda partlayış: bir ailənin 4 üzvü yandı, 1 yaşlı uşaq öldü

Bakıda partlayış: bir ailənin 4 üzvü yandı, 1 yaşlı uşaq öldü

KRİMİNAL

925

21.02.2019, 10:07

\"\"  Bakıda evdə odun sobası partlayıb.
Oxu24.com -un Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunun yaxınlığında baş verib. Həmin ərazidə yaşayan, 1994-cü il təvəllüdlü Əliyeva Nargilə Cəmşid qızı yaşadığı evdə odun sobasını yandırarkən sobaya çoxlu miqdarda həlledici kimyəvi məhlul töküb. Nəticədə odun sobası partlayıb. N.Əliyeva, həyat yoldaşı, 1990-cı il təvəllüdlü Əliyev Sadiq Həsən oğlu, övladları, 2012-ci il təvəllüdlü Əliyeva Xədicə Sadiq qızı və 2017-ci il təvəllüdlü Əliyev Məhəmməd Sadiq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib. M.Əliyev xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.