Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10135
az

Bakıda anasını yandıran şəxs dəlixanaya göndərildi

08:5121 Fevral, 2019
666
KRİMİNAL
  • A
 
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vitali Kolosovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Oxu24.com  xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Elxan Xudaverdiyev vəsatət qaldıraraq, hüquqlarını müdafiə etdiyi şəxsin psixi problemlərinin olduğunu deyib. Vəkil V.Kolosovun psixi durumunun yoxlanılması üçün təkrar ekspertiza təyin edilməsini istəyib.
Məhkəmə vəsatəti təmin edib. V.Kolosov təkrar ekspertiza üçün 1 saylı Respublika Psixatriya Mərkəzinə göndərilib.
Proses qeyri-müəyyən günədək təxirə salınıb.
Xatırladaq ki, ötən məhkəmə iclasında dövlət ittihamçısı V.Kolosovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, cinayət hadisəsi ötən il iyunun 22-də gecə saat 00:55-də Bakının Xəzər rayonunda baş verib. Belə ki, həmin gün rayonun Dəmiryol küçəsindəki 4 nömrəli evdə yanğın qeydə alınıb. Yanğın nəticəsində 1959-cu il təvəllüdlü Soloveykina Nina İvanovna və onun 16 yaşlı oğlu Soloveykin Vadim Vladimiroviç müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Onların hər ikisi Respublika Yanıq Mərkəzinə aparılıb. Lakin iyunun 24-də V.Soloveykin aldığı ağır yanıq xəsarətləri nəticəsində dünyasını dəyişib.
Araşdırmalar zamanı məlum olub ki, Soloveykin ailənin böyük oğlu, 1993-cü il təvəllüdlü Kolosov Vitali Vladimiroviç doğmaları yatarkən evin hər yerinə benzin tökərək ona od vurub.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mərdəkanda 52 yaşlı kişi qətlə yetirildi: saxlanılan var
Bakıda kafedə ÖLÜM
Bakıda qəbiristanlığında vahiməli mənzərə - VİDEO

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı