Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10110
az

Notariusa getdi, adını ölülərin siyahısında gördü - Azərbaycanda ŞOK OLAY

09:2220 Fevral, 2019
878
KRİMİNAL
  • A
  
Balakəndə elektron imza üçün notariusa müraciət edən bir qadına onun ölmüş kimi qeydiyyatda olduğu bildirilib.

Özü də 1977 -ci ildən. Halbuki, vətəndaş 2005-ci ildə şəxsiyyət vəsiqəsi üçün rəsmi orqanlara müraciət edib.

Rəsmi sənəd almaq üçün müraciət etdiyi yerdən onun ölmüş kimi qeydiyyata alındığı bildirilib.

Hadisə Balakən sakininin başına gəlib. 42 ildir ki, Rəna Ağamalıyeva adlı Balakən rayon sakini ölmüş olaraq sənədlərə işlənilib. 3 uşaq anası olan Rəna Ağamalıyeva özəl bir şirkətdə mühasib işləyir. Son bir ay ərzində elektron imza almaq üçün Balakən rayon notariusuna müraciət etsə də, bu cəhdi uğursuz olub. Notariatlığın elektron sistemində bu şəxs 1977 ci ildən bu günə qədər ölü kimi qeyd olunduğu bildirilib.

{banner_reklam}

2005 ci ildə şəxsiyyət vəsiqəsi almış Rəna Ağamalıyeva necə ola bilər ki, bu günə qədər bəzi hüquqi əməliyyatlar etməsinə baxmayaraq, hazırda ölmüş kimi göstərilib? Məsələ ilə bağlı araşdırmalarda məlum olub ki, 1973 ci ildə anadan olmuş və 1977 ci ildə dünyasını dəyişmiş bacısı Sevil Ağamalıyeva əvəzinə Rəna Ağamalıyeva ölmüş kimi qeydiyyata alınıb.

Balakən rayon qeydiyyat şöbəsindən isə bildirdilər ki, vətəndaşa məsələ ilə bağlı məlumat verilib. Balakən rayon məhkəməsinə müraciət etməsi ilə bağlı hüquqi yardım göstərilib.

Həmin vətəndaş bildirir ki, başına gələn bu məsələ işlərini çətinləşdirib. Sənədləşmə işlərində problem yaranır. İndi tezliklə məhkəməyə müraciət edərək düşdüyü vəziyyətdən çıxmalıdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ