Qaynar xətt:

(+99450) 247 90 86

Gözəllik salonundan 7 min manatlıq "parik" oğurlayan kişi tutuldu

2019-02/1550563062_kak-stirat-parik-iz-iskusstvennyh-volos.jpg

KRİMİNAL

812

19.02.2019, 11:58

\"\"  Yanvarın 26-na keçən gecə paytaxtın Nərimanov rayonunun F.Yusifov küçəsindəki gözəllik salonlarının birindən 8000 manat pul və 7000 manat dəyərində süni saçların oğurlanması barədə 17-ci Polis Şöbəsinə müraciət daxil olub.
DİN Mətbuat Xidmətindən  verilən məlumata görə, məlumatla əlaqədar müvafiq araşdırmalar aparılıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Ə.Quliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb. Araşdırma aparılır.