Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10085
az

3 dost 14 yaşlı qızı zorladı, sonra elçi göndərdilər - Bakıda qandonduran cinayət

11:1219 Fevral, 2019
707
KRİMİNAL
  • A
 
Təcavüzdən sonra biabır edəcəklərini deyib, şantaj etdilər.

14 yaşlı qıza təcavüz etdilər, sonra isə video görüntülərini yayacaqları ilə hədə-qorxu gəldilər.

Oxu24.com   AzNews.az-a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsi ilə məhkum olunan İsmayılov Hüseyn Xaliq oğlu azadlığa çıxmaq üçün cəza çəkdiyi müəssisədən Nərimanov rayon Məhkəməsinə müraciət edib. Məhkəmə prosesi hakim Hafiz Kamranovun sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, Yasamal rayon sakini Maya Cəfərova (ad və soyad şərtidir) azyaşlı qızının bir neçə nəfər tərəfindən kütləvi olaraq cinsi təcavüzə məruz qalması faktı ilə bağlı rayon polis idarəsinə müraciət edib.

Belə ki, 14 yaşlı Nailə Cəfərova (ad və soyad şərtidir) Emin Qara oğlu Alıyev, Hüseyn Xalıq oğlu İsmayılov və Hacı Taleh oğlu Məmmədov tərəfindən aldadılaraq təcavüz edilib.

Hadisədən sonra 14 yaşlı qız Emin və dostları tərəfindən hər dəfə video görüntülərinin yayılacağı ilə şantaj olunub. Dəfələrlə Emin və dostları - Hüseyn, Rəhman, Murad və Məmmədəli tərəfindən şantajlara məruz qalan, görüntülərin yayılmaması üçün ondan dəfələrlə pul tələb edilən Nailə Cəfərova barəsində bir neçə dəfə sosial şəbəkələrdə məlumatlar yayılıb. Zərərçəkmişin ailəsinin polisə müraciəti əsasında iş Yasamal rayon Polis İdarəsində araşdırılıb və məhkəməyə göndərilib.

Azyaşlı qızın anası isə bildirib ki, evinə qarşı tərəfin - təqsirləndirilən Emin Qara oğlu Alıyevin anası elçi gəlib. Məqsəd isə oğlunu bir gün sonra çıxarılacaq məhkəmə hökmündən azad edilməsinə nail olmaq olub: "Mən evdə yox idim. Emin Alıyev və Hüseyn İsmayılovun məhkəmə hökmünə bir gün qalmış Eminin anası qızıma elçi gəlib. Bunu mənə evdəkilər xəbər verdilər. Sonradan evə gəldim və günahkarın anası ilə görüşdüm. Bildirdim ki, qətiyyən belə bir şey ola bilməz. Hər halda bu məsələdən sıyrılıb çıxmaq üçün belə bir addım atıblar. Necə ola bilər ki, qızımın başına dostları ilə birgə oyun gətirən adama qızımı həvalə edim? Emin Qara oğlu Alıyevin anası isə bildirib ki, bu hadisədən pis olublar və oğlu uşaqlıq edib. "Qızı istəyirik", "alırıq", "Hər şeyi arxada qoyub, bu məsələni həll edək", "ailə qursunlar" kimi sözlər deyib. Mən isə razılıq vermədim və bildirdim ki, belə bir şeyin olması mümkünsüzdür".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Emin Alıyev və Hüseyn İsmayılov 7 il azadlıqdan məhrum edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsmayıllıda gənc oğlanın meyiti tapıldı
Bakıda 33 yaşlı qadın başına daşla vurularaq qətlə yetirildi
İki keçmiş nazir həbs olundu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ