Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100722
az

Dərman almaq üçün aptekə getdi, PULU OĞURLANDI - ANBAAN VİDEO

17:1408 Yanvar, 2024
311
KRİMİNAL
  • A

Nizami rayonunda aptekdən dərman alan şəxsin 100 manatını soyğunçuluq yolu ilə əlindən alan şəxs polislər tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə paytaxt sakini olan bir nəfər müraciət edərək bildirib ki, rayon ərazisindəki apteklərdən birindən dərman alan zaman tanımadığı şəxs onun pul kisəsində olan 100 manatı soyğunçuluq yolu ilə əlindən alaraq hadisə yerindən qaçıb.

Şöbə əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 36 yaşlı  Kamil Dadaşov saxlanılıb. Həmin şəxsin üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi narkotik maddə heroin də aşkar olunaraq götürülüb. Soyğunçuluq edən şəxsin qanunsuz hərəkətləri aptekdə quraşdırılan kameralar vasitəsi ilə də qeydə alınıb.

Faktla bağlı 25-ci Polis Şöbəsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib. Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Daha bir ÜZÜCÜ XƏBƏR: 17 yaşlı Səidi tapmaq olmur
Ər-arvad 5 gün ara ilə intihara cəhd etdi - Qadın öldü
Qaxda avtomobillər toqquşdu, xəsarət alanlar var

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ