Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda “Porsche” ilə dəhşətli qəza törədən kimdir? - Ölən şəxsin adı məlum oldu

KRİMİNAL

851

18.02.2019, 12:46

\"\"  Bakı şəhərinin Xəzər rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. Oxu24.com  publikaya istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü Abbasov Fərid Həsənağa oğlu idarə etdiyi \"Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu Qala qəsəbəsi ərazisində - Mərdəkan istiqamətində hərəkət edən ya gedən yolda 40-45 yaşlı qadını vurub. Zərbənin gücündən yolun əks istiqamətinə düşən qadın \"Wolksfagen Passat” markalı, 99 CD 689 nömrə nişanlı avtomobilin altında qalıb və yerindəcə keçinib. İlkin araşdırmalar zamanı ölən qadının 1975-ci il təvəllüdlü Hüseynova Sevinc Cabir qızı olması müəyyənləşdirilib. O da məlum olub ki, hadisəni törədən Abbasov Fərdi Həsənağa oğlu şirkətlərdən birində sürücü işləyir və avtomobil ona məxsus deyil. {banner_reklam1} ***** Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Publika.az xəbər verir ki, Xəzər rayonu Qala qəsəbəsi ərazisində - Pirallahıya gedən yolda \"Porsche” markalı minik avtomobil yolu keçən qadını vurub. Zərbənin gücündən xeyli kənara düşən 40-45 yaşlı qadın hadisə yerində ölüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.