Qaynar xətt:

(+99450) 247 90 86

Cəlilabadda avtomobil YANDI - Xəsarət alanlar var

Cəlilabadda avtomobil YANDI - Xəsarət alanlar var

KRİMİNAL

725

17.02.2019, 20:29

\"\" Cəlilabadda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
\"Oxu24.com\"un məlumatına görə, hadisə yeni Ələt-Astara avtomobil yolunun rayonun Uzuntəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, \"Mercedes\" markalı minik avtomobili yoldan çıxaraq aşıb və yanmağa başlayıb. Hadisə yerinə Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvələri cəlb edilərək və yanğın söndürülüb.
İlkin məlumata görə, qəza zamanı 3 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyətinin ağırolduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.