Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda silahlı şəxs saxlanılıb

2019-02/1550328904_sil.jpg

KRİMİNAL

821

16.02.2019, 19:06

\"\"  DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş Şəmkir rayon sakini Zaur Bəylərli saxlanılıb.
{banner_reklam} DİN-in Mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, onun üzərində şəxsi axtarış aparılan zaman 2 büküm ümumi çəkisi 5 qram olan narkotik vasitə heroin və bir büküm çəkisi 8 qram olan tiryək aşkar olunaraq götürülüb. Z.Bəylərlinin ətrafında həyata keçirilən əlavə əməliyyat tədbirləri ilə onun Nəsimi rayonunda yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat gizlətdiyi də müəyyən edilib. Evə baxış zamanı həmin şəxsə məxsus 1 ədəd “Makarov” markalı tapança, ona məxsus sandıqça və 8 ədəd patron aşkar edilərək maddi sübut kimi götürülüb.Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət İşi başlanılıb, araşdırmalar davam etdirilib\"\" \"\" \"\" \"\"