Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan yağı Yerevanda təşvişə səbəb oldu

2019-01/1546613101_yag.jpg

İQTİSADİYYAT

650

04.01.2019, 18:45

\"\" İrəvanda Azərbaycan istehsalı olan kərə yağları satılır.
Qaynarinfo axar.az-a istinadən xəbər verir ki, bu məlumatı erməni mediası yayıb. Erməni mətbuatı \"Yeni il sürprizi. Bəli, Ermənistan paytaxtının ticarət pavilyonlarında \"qardaş Azərbaycanın” yüksək keyfiyyətli kərə yağlarını tapmaq mümkündür”, sözlərini yazan Sona Aqekyanın statusunu paylaşıb. Aqekyan satılan yağın Azərbaycanda \"Farmer” şirkətinə məxsus \"Moskovskoye” yağları olduğunu deyib. \"Sputnik Ermənistan” saytına danışan erməni ekspertlər isə belə mallara marketlərdə rast gəlmədiklərini bildiriblər. Onlar bu tip malların daha çox küçələrdən alına biləcəyini söyləyiblər.