Azərbaycanda kredit faizləri dəyişir? -İqtisadçı AÇIQLADI
09 Noyabr 2026, 22:21
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
1298
09.09.2021, 12:47
8 sentyabr 2021-ci il tarixində Qarabağ Dirçəliş Fondunun Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin üzvləri ilə görüşü keçirilib. Görüşdə iştirak edən Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyevə “Qarabağ Dirçəliş Fondunun İanə Sertifikatı” təqdim edilib. Qeyd edək ki, cari ilin fevral ayında Kapital Bank fondun hesabına yardım məqsədilə 500 000 manat məbləğində vəsait köçürüb.
Görüşdə Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, Müşahidə Şurasının üzvü, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmov, Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, həmçinin ABA-nın Rəyasət Heyətinin üzvləri və bank sektorunun nümayəndələri iştirak edirdi.
Qeyd edək ki, tədbirdə dağıdılmış binaları, yerlə-yeksan olunan tarixi abidələri əks etdirən “Qarabağda Urbisid” adlı sənədli film nümayiş olundu. Daha sonra tədbir iştirakçıları ilə sual-cavab sessiyası keçirildi, müxtəlif layihələr barədə təkliflər müzakirə olundu. Müzakirələr zamanı mövcud donorlarla əməkdaşlığın genişləndirilməsinin, dövlət-özəl sektor tərəfdaşlığının inkişaf etdirilməsinin, cəmiyyətin müxtəlif təbəqələri ilə yanaşı maliyyə və bank sektorunun, potensial donorların həmrəylik göstərərək prosesə cəlb olunmasının vacibliyi xüsusi vurğulandı. Şübhəsiz, dövlət və özəl sektorunun, müxtəlif təşkilatların və fərdi vətəndaşların birliyi sayəsində doğma Qarabağımız qısa zamanda yenidən dirçələcək. Xatırladaq ki, Qarabağ Dirçəliş Fonduna Birbank-la da ianələr etmək mümkündür.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 21 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
23:59 / 10 Noyabr 2026
1
23:57 / 10 Noyabr 2026
30
23:55 / 10 Noyabr 2026
87
23:53 / 10 Noyabr 2026
46
23:47 / 10 Noyabr 2026
1123
23:43 / 10 Noyabr 2026
74
23:39 / 10 Noyabr 2026
92
23:28 / 10 Noyabr 2026
277
23:27 / 10 Noyabr 2026
188
23:17 / 10 Noyabr 2026
582
23:15 / 10 Noyabr 2026
162
23:00 / 10 Noyabr 2026
90
22:58 / 10 Noyabr 2026
107
22:55 / 10 Noyabr 2026
106
22:35 / 10 Noyabr 2026
102
22:30 / 10 Noyabr 2026
282
22:27 / 10 Noyabr 2026
87
22:19 / 10 Noyabr 2026
105
22:04 / 10 Noyabr 2026
182
21:55 / 10 Noyabr 2026
584
21:51 / 10 Noyabr 2026
99
21:49 / 10 Noyabr 2026
230
21:46 / 10 Noyabr 2026
237
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.