Azərbaycanda kredit faizləri dəyişir? -İqtisadçı AÇIQLADI
09 Noyabr 2026, 22:21
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
410
22.08.2026, 11:40
Gələn aydan Azərbaycanda sahibkarlar üçün bir sıra yeni güzəştlər qüvvəyə minir.
Oxu24.com xəbər verir ki, qeyri-neft-qaz sektorunda fəaliyyət göstərən ixracatçıların daşıma xərclərinin 70 faizədək hissəsi dövlət tərəfindən qarşılanacaq, bəzi gömrük rəsmiləşdirilməsi xərcləri isə kompensasiya ediləcək.
Belə ki, sentybarın 1-dən Prezident İlham Əliyevin imzaladığı fərmanlara əsasən, Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının ixracı zamanı sahibkarların qarşılaşdığı gömrük rəsmiləşdirilməsi və daşınma xərclərinin bir hissəsi dövlət büdcəsi hesabına kompensasiya ediləcək.
Yeni mexanizm xüsusilə mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçıların xərclərinin azaldılmasına və Azərbaycan məhsullarının xarici bazarlarda rəqabət qabiliyyətinin artırılmasına yönəlib.
Sentyabrın 1-dən Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının ixracı zamanı yaranan daşıma xərclərinin 70 faizədək hissəsi dövlət tərəfindən subsidiyalaşdırılacaq. Bu güzəşt dəmir yolu, hava və dəniz nəqliyyatı, eləcə də Azərbaycanda qeydiyyatda olan avtomobillərlə həyata keçirilən daşımalar üçün nəzərdə tutulub. Xaricdə qeydiyyatda olan avtomobillərdən istifadə zamanı isə dövlət dəstəyi 50 faizədək olacaq.
Lakin kompensasiyanın məbləği müəyyən hədlərlə məhdudlaşdırılacaq. Avtomobil, dəmir yolu və hava nəqliyyatı ilə daşınmalarda dəstək ixrac olunan məhsulun gömrük dəyərinin 15 faizindən, dəniz daşımalarında isə 5 faizindən çox ola bilməyəcək.
Yeni mexanizm Naxçıvanda istehsal olunan qeyri-neft-qaz məhsullarına da şamil ediləcək.
Belə ki, Naxçıvanda istehsal olunan Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının ölkənin digər ərazilərinə quru yolu ilə daşınması zamanı çəkilən xərclərin 70 faizədək hissəsi dövlət tərəfindən kompensasiya olunacaq.
Bundan başqa, mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçıların Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının ixracı zamanı ödədikləri gömrük rəsmiləşdirilməsi üzrə yığımların bir hissəsi də dövlət büdcəsi hesabına kompensasiya olunacaq.
Kompensasiyanın məbləği məhsulun növündən, ixrac edildiyi ölkədən və müəyyən edilmiş yuxarı həddən asılı olacaq. Yeni güzəştlər 1 sentyabr 2026-cı ildən etibarən 10 il müddətində tətbiq ediləcək.
Sentyabrın 1-dən daha bir vergi yeniliyi qüvvəyə minir. Azərbaycanda elektron ticarət qaydasında xidmət göstərən və ölkə üzrə illik dövriyyəsi 10 min ABŞ dollarını aşan qeyri-rezident rəqəmsal xidmət təchizatçıları üçün vergi orqanında elektron qeydiyyat məcburi olacaq.///modern.az
23:43 / 10 Noyabr 2026
1
23:39 / 10 Noyabr 2026
11
23:28 / 10 Noyabr 2026
217
23:27 / 10 Noyabr 2026
118
23:17 / 10 Noyabr 2026
361
23:15 / 10 Noyabr 2026
157
23:00 / 10 Noyabr 2026
79
22:58 / 10 Noyabr 2026
92
22:55 / 10 Noyabr 2026
96
22:35 / 10 Noyabr 2026
95
22:30 / 10 Noyabr 2026
258
22:27 / 10 Noyabr 2026
81
22:19 / 10 Noyabr 2026
99
22:04 / 10 Noyabr 2026
169
21:55 / 10 Noyabr 2026
551
21:51 / 10 Noyabr 2026
93
21:49 / 10 Noyabr 2026
214
21:46 / 10 Noyabr 2026
221
21:44 / 10 Noyabr 2026
103
21:40 / 10 Noyabr 2026
104
21:33 / 10 Noyabr 2026
18724
21:19 / 10 Noyabr 2026
115
21:12 / 10 Noyabr 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.