Bu şəxslər vergi ödəməyəcək
19 Avqust 2026, 12:38
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
57
20.08.2026, 11:17
“Hazırda pensiya kapitalı ən çox müzakirə olunan məsələlərdən biridir. Milli Məclisin Əmək və sosial siyasət komitəsində təkliflər təqdim olunub ki, vətəndaş dünyasını dəyişdiyi halda onun topladığı pensiya kapitalının müəyyən hissəsi, ən azı 30 faizi varisin hesabına köçürülsün və varis həmin vəsaitdən istifadə edə bilsin”.
Oxu24.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Deputatın sözlərinə görə, burada iki əsas məsələ var: pensiya kapitalından istifadə imkanlarının genişləndirilməsi və vətəndaş dünyasını dəyişdikdən sonra həmin kapitalın taleyi:
“Hazırda vətəndaş pensiya aldığı dövrdə dünyasını dəyişərsə, müəyyən hallarda onun həyat yoldaşı və ya qanunvericilikdə nəzərdə tutulan şərtlərə cavab verən övladları pensiya ödənişindən yararlana bilirlər. Lakin pensiya kapitalı ilə bağlı yanaşma fərqlidir.
Bu istiqamətdə müxtəlif ölkələrin təcrübələri də araşdırılıb. Məsələn, Sinqapur və Qazaxıstanda pensiya kapitalından pensiya yaşına çatmadan müəyyən məqsədlər üçün istifadə imkanları mövcuddur. Bu vəsait daşınmaz əmlakın alınmasına, kreditlərin ödənilməsinə və ya təhsil xərclərinə yönəldilə bilər. Müxtəlif ölkələrdə bununla bağlı fərqli modellər tətbiq olunur.
İnkişaf etmiş ölkələrin təcrübəsində diqqətçəkən məqamlardan biri də minimum və orta pensiya kapitalı anlayışlarının mövcudluğudur. Təklifimiz ondan ibarətdir ki, Azərbaycanda da orta pensiya kapitalı anlayışı qanunvericiliyə daxil edilsin. Vətəndaş minimum və orta pensiya kapitalını təmin etdikdən sonra ondan artıq topladığı vəsaitdən pensiya yaşına çatmadan müəyyən istiqamətlər üzrə istifadə edə bilsin.
Burada əsas məqsəd həm vətəndaşın pensiya təminatını qorumaq, həm də onun topladığı vəsaitdən daha çevik şəkildə yararlanmasına imkan yaratmaqdır”.
Vüqar Bayramov həmçinin qeyd edib ki, digər mühüm məsələ isə pensiya yaşına çatmadan dünyasını dəyişən şəxslərin pensiya kapitalının varislərinə ötürülməsidir:
“Hesab edirəm ki, belə hallarda pensiya kapitalının müəyyən hissəsinin varisin hesabına köçürülməsi məqsədəuyğun olardı. Çünki vətəndaş uzun illər ərzində topladığı vəsaitdən özü istifadə edə bilmirsə, onun varislərinin həmin kapitaldan yararlanması həm sosial, həm də iqtisadi baxımdan əhəmiyyətlidir. Bu, eyni zamanda vətəndaşın pensiya kapitalına gələcək üçün bir yığım kimi yanaşmasını təmin edə bilər.
Belə bir mexanizm insanların rəsmi əmək münasibətlərində marağını da artıra bilər. Vətəndaş anlayar ki, əmək müqaviləsi ilə işləyərək topladığı pensiya kapitalı yalnız onun gələcək pensiya təminatına deyil, dünyasını dəyişəcəyi halda ailəsinə və övladlarına da fayda verə bilər.
Bu baxımdan, insanların əmək müqaviləsinin rəsmiləşdirilməsində və gəlirlərinin tam göstərilməsində marağı arta bilər. Pensiya kapitalının müəyyən hissəsinin varislərə ötürülməsi həm sosial ödənişlərə marağı, həm də rəsmi məşğulluğu stimullaşdıra bilər”.
12:27 / 20 Avqust 2026
1
12:13 / 20 Avqust 2026
30
12:01 / 20 Avqust 2026
29
11:48 / 20 Avqust 2026
53
11:44 / 20 Avqust 2026
47
11:31 / 20 Avqust 2026
48
11:28 / 20 Avqust 2026
55
11:22 / 20 Avqust 2026
57
11:13 / 20 Avqust 2026
60
10:53 / 20 Avqust 2026
58
10:47 / 20 Avqust 2026
63
10:40 / 20 Avqust 2026
53
10:32 / 20 Avqust 2026
61
10:14 / 20 Avqust 2026
54
09:54 / 20 Avqust 2026
63
09:39 / 20 Avqust 2026
64
09:29 / 20 Avqust 2026
71
09:16 / 20 Avqust 2026
64
09:05 / 20 Avqust 2026
70
08:57 / 20 Avqust 2026
66
08:55 / 20 Avqust 2026
82
00:14 / 20 Avqust 2026
131
22:10 / 19 Avqust 2026
141
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.