Çində yanğın nəticəsində 14 nəfər ölüb
09 Noyabr 2026, 08:46
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
270
20.08.2026, 11:22
İspaniyanın Kadiz bölgəsində qayalıq üzərində yerləşən XI əsrə aid tarixi qala 7,9 milyon avroya satışa çıxarılıb.
Oxu24.com xəbər verir ki, Qvadalete çayına baxan qala sonuncu dəfə 1922-ci ildə satılıb və təxminən bir əsr sonra yenidən bazara çıxarılıb.
5300 kvadratmetrlik ərazini əhatə edən tarixi mülk Tamaron markizatına məxsus olub. Qalada 12 yataq otağı və 10 vanna otağı da daxil olmaqla ümumilikdə 60 otaq yerləşir.
Tarixi mülkün ən diqqətçəkən hissələrindən biri 25 metr uzunluğundakı kitabxanadır. Bundan əlavə, qalada tağlı tavanlar, geniş həyətlər, abadlaşdırılmış bağlar və panoramik mənzərə təqdim edən böyük terras var. Ərazidə mərsin və sərv ağacları da qorunub saxlanılıb.
XI əsrdə müdafiə məqsədilə inşa edilən qala XIV əsrdə Arkos hersoqlarının iqamətgahına çevrilib. Sonrakı illərdə aparılan bərpa işləri nəticəsində binanın tarixi görünüşünün böyük hissəsi qorunub.
Qalanın hündür divarlarla əhatə olunması həm tarixi xüsusiyyətlərini saxlayır, həm də şəhərin mərkəzində yerləşməsinə baxmayaraq, sakinlərə yüksək səviyyədə məxfilik təmin edir.
Hazırda özəl mülkiyyətdə olan qala ictimaiyyətə açıq deyil. Tarixi kompleksə ildə cəmi dörd dəfə, xüsusi icazə ilə daxil olmaq mümkündür.
10:44 / 09 Noyabr 2026
50
10:38 / 09 Noyabr 2026
83
10:30 / 09 Noyabr 2026
46
10:27 / 09 Noyabr 2026
46
10:10 / 09 Noyabr 2026
76
10:09 / 09 Noyabr 2026
87
10:00 / 09 Noyabr 2026
159
09:36 / 09 Noyabr 2026
868
09:26 / 09 Noyabr 2026
79
09:19 / 09 Noyabr 2026
122
08:46 / 09 Noyabr 2026
100
08:42 / 09 Noyabr 2026
698
08:25 / 09 Noyabr 2026
131
04:25 / 09 Noyabr 2026
728
02:31 / 09 Noyabr 2026
695
01:34 / 09 Noyabr 2026
363
01:20 / 09 Noyabr 2026
802
01:10 / 09 Noyabr 2026
482
01:06 / 09 Noyabr 2026
214
00:58 / 09 Noyabr 2026
460
00:50 / 09 Noyabr 2026
348
00:29 / 09 Noyabr 2026
1326
00:25 / 09 Noyabr 2026
676
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.