Bu günün valyuta məzənnələri
28 Sentyabr 2026, 09:14
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
577
02.06.2026, 16:04
Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci ili 724,321 milyon manat mənfəətlə başa vurub.
Oxu24.com qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 0,4 % çoxdur.
Ötən il AMB-nin faiz gəlirləri 723 milyon 772 min manat (əvvəlki ilə nisbətən 09 % çox), faiz xərcləri 230 milyon 517 min manat (5,35 % çox), haqq və komissiya gəlirləri 27 milyon 855 min manat (3 % çox), haqq və komissiya xərcləri 9 milyon 372 min manat (2 % az), amortizasiya olunan dəyərlə qiymətləndirilən maliyyə aktivlərinin ədalətli (diskontlaşdırılmış) dəyərdə ilkin tanınması üzrə gəlirləri 692 min manat (3 dəfə az), ədalətli dəyərinin dəyişməsi mənfəət və ya zərərə aid olunan qiymətli kağızların yenidən qiymətləndirilməsi üzrə xalis gəliri 262 milyon 713 min manat (2,3 dəfə çox), ədalətli dəyərinin dəyişməsi sair məcmu gəlirə aid olunan qiymətli kağızların realizasiyası üzrə xalis gəliri 20 milyon 537 min manat (6,8 dəfə az), törəmə maliyyə alətlərinin yenidən qiymətləndirilməsi üzrə xalis zərəri 31 milyon 603 min manat (əvvəlki il gəlir olub), ədalətli dəyərinin dəyişməsi mənfəət və ya zərərə aid olunan investisiya fondlarındakı vəsaitlərin yenidən qiymətləndirilməsi üzrə xalis gəliri 12,86 milyon manat (12,5 % az), xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə xalis gəliri 63 milyon 417 manat (əvvəlki il zərər olub), ədalətli dəyərinin dəyişməsi sair məcmu gəlirə aid olunan qiymətli kağızların dəyərsizləşməsi üzrə ehtiyat üzrə zərəri 554 min manat (3,1 dəfə çox), xarici valyuta əməliyyatları üzrə xalis gəliri 1 milyon 521 min manat (24,9 % çox), sair əməliyyat gəlirləri 14 milyon 304 min manat (96,3 % çox), amortizasiya olunan dəyərlə qiymətləndirilən maliyyə aktivlərinin dəyərsizləşməsi üzrə ehtiyatın bərpasından gəliri 12 milyon 826 min manat (3,5 dəfə az), inzibati və sair əməliyyat xərclər isə 144,13 milyon manat (29,6 % çox) təşkil edib.
11:40 / 28 Sentyabr 2026
3
11:31 / 28 Sentyabr 2026
68
11:27 / 28 Sentyabr 2026
62
11:23 / 28 Sentyabr 2026
40
11:20 / 28 Sentyabr 2026
102
11:15 / 28 Sentyabr 2026
48
11:13 / 28 Sentyabr 2026
42
11:00 / 28 Sentyabr 2026
49
11:00 / 28 Sentyabr 2026
47
10:57 / 28 Sentyabr 2026
54
10:55 / 28 Sentyabr 2026
43
10:37 / 28 Sentyabr 2026
49
10:34 / 28 Sentyabr 2026
290
10:32 / 28 Sentyabr 2026
75
10:28 / 28 Sentyabr 2026
45
10:19 / 28 Sentyabr 2026
50
10:14 / 28 Sentyabr 2026
53
10:12 / 28 Sentyabr 2026
56
09:59 / 28 Sentyabr 2026
279
09:55 / 28 Sentyabr 2026
60
09:50 / 28 Sentyabr 2026
887
09:40 / 28 Sentyabr 2026
69
09:27 / 28 Sentyabr 2026
280
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.