Neftimiz bahalaşdı
12 Noyabr 2026, 09:48
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
1557
15.04.2026, 10:04
Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən xidmət haqqı tarifləri ilə bağlı yeni qərar qəbul edib. Mərkəzi Bankın sədri Taleh Kazımovun imzaladığı sənədə əsasən, interçeync haqları üçün yuxarı hədd təsdiqlənib. Cari ilin iyun ayının 1-dən qüvvəyə minəcək qərarın yaxın üç gün ərzində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunması tapşırılıb.
Oxu24.com bildirir ki, tanınmış bank eksperti Emin Kərimov Demokrat.az-a açıqlamasında bildirib ki, burada əsas məsələ ödəniş sistemi iştirakçıları arasında xidmət haqqı tariflərinin tənzimlənməsidir:
“Yəni maksimal həddinin, yuxarı həddinin müəyyən edilərək təsdiqlənməsi üçündür. Müxtəlif əməliyyatlar üzrə, məsələn, yanacaqdoldurma, ümumi alış-veriş, taksit ödənişləri və s. bu xidmətləri göstərən kart istifadəçiləri və xidməti göstərən tərəflər arasında komissiyalar olur. Bu komissiyaların tənzimlənməsi kartlardan istifadəni, yəni həmin xidmətlərdən istifadəni motivasiya etmiş olur. Təbii ki, əgər şəxs kartdan istifadə etməyib nağd şəkildə ödəniş edirsə, komissiya həcminin tənzimlənməsi, yəni hamı üçün stabil qaydada olması kartlardan istifadəni motivasiya edə bilər ki, şəxslər həmin kartlarla əməliyyatlarda daha çox istifadə etsinlər. Banklarda bu tənzimlənmə aparıldığına görə, komissiyalar stabilləşdiyi üçün əməliyyat sayının artması nəticəsində banklar daha çox gəlir əldə edə bilərlər. Qərar iyun ayının 1-dən qüvvəyə minəcək. İnterçeync nağdsız ödənişlər zamanı kartı buraxan bankla ödənişi qəbul edən "acquirer" arasında hesablaşmalar zamanı tətbiq olunan komissiya haqqıdır”.
O qeyd edib ki, bu, xidməti kartı emissiya edən bank və xidməti qəbul edən tərəf arasında hesablaşmaları motivasiya etmək və bir növ pərakəndəliyin qarşısının alınmasına yönəlik tənzimləyici bir addımdır:
“Sadə bir misal çəkək. Məsələn, biz A bankının müştərisiyik və B bankının xidmət göstərdiyi yanacaqdoldurma məntəqəsindən yanacaq alırıq. Bu zaman biz kartla ödəniş etdikdə bizdən birbaşa komissiya tutulmasa da, əməliyyata görə emitent və acquirer banklar arasında hesablaşmalar aparılır və orada müəyyən komissiyalar tətbiq olunur. Hazırkı qərar həmin komissiyaların maksimal həddini, yəni limitini müəyyən edir. Burada hər xidmət növü üzrə cədvələ uyğun olaraq komissiya hədləri müəyyən olunub. Bu komissiyalar belədir. Məsələn, yanacaqdoldurma kateqoriyası üzrə 0,75%, yəni ödəniş məbləğinin 0,75 faizi. Ümumi kateqoriya üzrə 1,5%, farmasevtika və supermarket kimi əməliyyatlar üzrə isə 1,25% müəyyən olunub”.
12:05 / 12 Noyabr 2026
32
11:55 / 12 Noyabr 2026
67
11:50 / 12 Noyabr 2026
69
11:36 / 12 Noyabr 2026
68
11:35 / 12 Noyabr 2026
78
11:34 / 12 Noyabr 2026
104
11:31 / 12 Noyabr 2026
77
11:24 / 12 Noyabr 2026
282
11:21 / 12 Noyabr 2026
74
11:19 / 12 Noyabr 2026
132
11:05 / 12 Noyabr 2026
84
11:00 / 12 Noyabr 2026
90
10:45 / 12 Noyabr 2026
105
10:39 / 12 Noyabr 2026
111
10:36 / 12 Noyabr 2026
96
10:27 / 12 Noyabr 2026
275
10:20 / 12 Noyabr 2026
103
10:18 / 12 Noyabr 2026
92
10:05 / 12 Noyabr 2026
240
09:51 / 12 Noyabr 2026
102
09:48 / 12 Noyabr 2026
103
09:42 / 12 Noyabr 2026
295
09:36 / 12 Noyabr 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.