Bundan sonra kredit götürmək istəyənlərin NƏZƏRİNƏ! — Bu qayda DƏYİŞDİ
01 Oktyabr 2026, 17:08
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
814
17.02.2026, 11:39
Pensiyaların artırılmasından sonra bazarda, xüsusilə gündəlik tələbat məhsullarının, o cümlədən su və əsas ərzaqların qiymətində artım müşahidə olunur. Bəs, sosial ödənişlərin artımı kommunal xidmət tariflərinə təsir göstərə bilərmi?
Oxu24.com xəbər verir ki mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən deputat Fazil Mustafa bildirib ki, bazar mexanizminin mahiyyəti ondan ibarətdir ki, hər hansı bir sahədə qiymət artımı baş verdikdə, bu proses birbaşa və ya dolayı şəkildə digər sahələrə də təsir göstərir.
Fazil Mustafa: “Heç bir qanun mükəmməl deyil” | Modern.az
“Dünya bazarında qiymət dəyişiklikləri, milli valyutanın dəyərində baş verən dalğalanmalar və xüsusilə idxaldan asılılıq amili daxili bazarda qiymətlərin formalaşmasına ciddi təsir edir. Kənd təsərrüfatı məhsullarında idxaldan asılılıq qiymət artımını qaçılmaz edən əsas səbəblərdəndir.
Bu məhsullar xarici ölkələrdən valyuta ilə alınır. Nəticədə daxili bazarda satış zamanı maya dəyəri yüksəlir və əlavə qiymət artımları yaranır. Bu səbəbdən müxtəlif sahələrdə qiymət artımı müəyyən mənada labüddür”, – deyə o, vurğulayıb.
Fazil Mustafa əlavə edib ki, iqtisadiyyat düzgün tənzimləndiyi halda sosial ödənişlərin artırılması vətəndaşların sosial müdafiəsinə müsbət təsir göstərir.
“Lakin kommunal xidmətlərin bahalaşması və sosial xərclərin artması əhalinin maliyyə yükünü ağırlaşdıra bilər.
Aidiyyəti qurumlar iqtisadi siyasəti formalaşdırarkən vətəndaşların sosial vəziyyətini nəzərə almalı, xüsusilə, kommunal xərclərin əhaliyə əlavə çətinlik yaratmaması üçün balanslı qərarlar qəbul etməlidirlər”.
02:00 / 02 Oktyabr 2026
56
00:03 / 02 Oktyabr 2026
83
23:54 / 01 Oktyabr 2026
75
23:41 / 01 Oktyabr 2026
82
23:12 / 01 Oktyabr 2026
87
23:00 / 01 Oktyabr 2026
96
22:53 / 01 Oktyabr 2026
83
22:52 / 01 Oktyabr 2026
84
22:50 / 01 Oktyabr 2026
150
22:42 / 01 Oktyabr 2026
73
22:31 / 01 Oktyabr 2026
83
22:24 / 01 Oktyabr 2026
119
22:18 / 01 Oktyabr 2026
210
22:07 / 01 Oktyabr 2026
89
21:42 / 01 Oktyabr 2026
85
21:41 / 01 Oktyabr 2026
102
21:31 / 01 Oktyabr 2026
84
21:29 / 01 Oktyabr 2026
97
21:26 / 01 Oktyabr 2026
218
21:25 / 01 Oktyabr 2026
76
21:19 / 01 Oktyabr 2026
81
21:15 / 01 Oktyabr 2026
79
21:08 / 01 Oktyabr 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.