İran hadisələri region iqtisadiyyatına necə təsir edə bilər? – Natiq Cəfərli AÇIQLADI
16 Yanvar 2026, 14:25
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
99
17.01.2026, 18:43
Əmək münasibətlərində sosial təminat anlayışının əsas sütunlarından biri olan minimum əməkhaqqı ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi Azərbaycanda sosial-iqtisadi siyasətin yeni mərhələyə keçdiyini göstərir.
Oxu24.com xəbər verir ki, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsinə dəyişikliklər minimum əməkhaqqına yanaşmanı sadəcə texniki göstərici çərçivəsindən çıxararaq, onu daha geniş iqtisadi və sosial meyarlarla bağlı kompleks anlayış kimi formalaşdırır. Əvvəllər minimum əməkhaqqı ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativ kimi qəbul olunurdu və bu anlayış daha çox formal xarakter daşıyırdı.
Yeni dəyişiklik isə minimum əməkhaqqını ölkənin ümumi iqtisadi vəziyyəti, sosial reallıqları və əhalinin rifah səviyyəsi ilə birbaşa əlaqələndirir.
Qanuna əsasən, minimum əməkhaqqı artıq təkcə ixtisassız əməyə görə ödənilən ən aşağı məbləğ kimi yox, ölkədə iqtisadi inkişafın tələbləri, əmək məhsuldarlığı, aylıq orta əməkhaqqı, pul vahidinin alıcılıq qabiliyyəti, sosial müavinətlərin məbləği, əsas sosial-demoqrafik qruplar üzrə yaşayış minimumu səviyyəsi, məşğulluq səviyyəsinin yüksəldilməsi və saxlanılması kimi amillər nəzərə alınmaqla müəyyən edilən sosial normativ hesab ediləcək. Bu yanaşma minimum əməkhaqqını real yaşayış şəraiti ilə daha sıx bağlayır və onun sırf rəsmi göstərici kimi yox, sosial müdafiə aləti kimi rolunu gücləndirir.
Mövzu ilə bağlı nocomment.az-a danışan iqtisadçı ekspert Əkrəm Həsənovun sözlərinə görə, bu dəyişiklik minimum əməkhaqqının müəyyən edilməsində daha çevik və rasional mexanizmin formalaşmasına imkan yaradır.
Həmçinin oxuyun
Onun fikrincə, indiyədək minimum əməkhaqqı çox zaman bazardakı real qiymət artımlarını və əhalinin gündəlik xərclərini tam əks etdirmirdi:
“Yeni yanaşma minimum əməkhaqqını makroiqtisadi göstəricilərlə əlaqələndirir. Pul vahidinin alıcılıq qabiliyyəti və yaşayış minimumu kimi faktorların nəzərə alınması o deməkdir ki, bu göstərici artıq real həyatla daha uyğun olacaq. Bu, xüsusilə aşağıgəlirli ailələr üçün vacibdir”.
Ekspert vurğulayıb ki, minimum əməkhaqqının aylıq orta əməkhaqqı və əmək məhsuldarlığı ilə uzlaşdırılması həm işçilər, həm də işəgötürənlər üçün balans yaradır:
“Əgər minimum əməkhaqqı iqtisadi artım və məhsuldarlıqdan kənar şəkildə artırılarsa, bu, biznes üçün əlavə yük yarada bilər. Amma yeni qanun bu riski nəzərə alır və artımların iqtisadi əsaslarla aparılmasını nəzərdə tutur. Bu isə uzunmüddətli perspektivdə məşğulluğun qorunmasına xidmət edir. Sosial müavinətlərin məbləğinin və məşğulluq səviyyəsinin də minimum əməkhaqqının müəyyən edilməsində nəzərə alınması sosial siyasətin daha koordinasiyalı aparılmasına imkan verəcək. Minimum əməkhaqqı ilə sosial müavinətlər arasında ciddi fərq olduqda əmək bazarında motivasiya zəifləyir. Yeni yanaşma bu balansı qorumağa kömək edəcək və insanları əmək fəaliyyətinə daha çox cəlb edəcək”.
22:51 / 17 Yanvar 2026
1
22:49 / 17 Yanvar 2026
10
22:34 / 17 Yanvar 2026
33
22:31 / 17 Yanvar 2026
43
22:25 / 17 Yanvar 2026
40
22:13 / 17 Yanvar 2026
32
22:11 / 17 Yanvar 2026
39
21:58 / 17 Yanvar 2026
267
21:50 / 17 Yanvar 2026
60
21:40 / 17 Yanvar 2026
48
21:30 / 17 Yanvar 2026
42
21:26 / 17 Yanvar 2026
73
21:21 / 17 Yanvar 2026
63
21:20 / 17 Yanvar 2026
68
21:12 / 17 Yanvar 2026
48
21:10 / 17 Yanvar 2026
58
21:02 / 17 Yanvar 2026
333
20:59 / 17 Yanvar 2026
118
20:48 / 17 Yanvar 2026
67
20:46 / 17 Yanvar 2026
669
20:43 / 17 Yanvar 2026
51
20:37 / 17 Yanvar 2026
65
20:28 / 17 Yanvar 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.