Qaynar xətt:

(+99450) 247 90 86

Sərnişin təyyarəsi YOXA ÇIXDI - 11 nəfərin taleyi məlum deyil

Sərnişin təyyarəsi YOXA ÇIXDI - 11 nəfərin taleyi məlum deyil

DÜNYA

663

17.01.2026, 19:33

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İndoneziyanın Cənubi Sulavesi əyalətinin Maros şəhərində "Indonesian Air Transport" şirkətinə məxsus ATR 400 təyyarəsi ilə əlaqə kəsilib.

Oxu24.com  xəbər verir ki, bu barədə "Detik" xəbər agentliyi məlumat yayıb.

Axtarış-xilasetmə xidmətinin əməliyyatlar şöbəsinin rəhbəri Andi Sultan bildirib ki, təyyarədə 11 nəfər olub.

"Gəmidə səkkiz heyət üzvü və üç sərnişin var", - deyə o, dəqiqləşdirib.

Təyyarə Yogyakartadan Makassara gedirmiş. Təyyarənin dəqiq yeri hələ də məlum deyilAjans.az

Xilasetmə xidmətlərinin məlumatına görə, əməliyyata 25 nəfər cəlb edilib və axtarış bir neçə mərhələdə aparılacaq.