Yol Polisi xəbərdarlıq edir
14 Noyabr 2026, 18:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
889
17.01.2026, 21:50
Son günlər Türkiyənin bir sıra bölgələrində, eləcə də Rusiyanın paytaxtı Moskvada müşahidə olunan güclü qar yağışı və kəskin şaxtalı hava şəraiti bölgədə hava proseslərinə təsiri ilə diqqət çəkir. Bu fondda sözügedən hava sistemlərinin Azərbaycana mümkün təsirləri maraq doğurur.
Oxu24.com Meteoroloq Cavid Hüseynov Sfera.az-a açıqlamasında bildirib ki, qonşu ölkələrdə müşahidə olunan qarlı və şaxtalı hava şəraiti eyni dərəcədə ölkəmizə təsir göstərməsə də, meteoroloji proqnozlara əsasən, bu soyuq hava dalğası özünü iki mərhələdə büruzə verəcək.
Onun sözlərinə görə, siklonik fəaliyyətlə əlaqədar olan hava kütlələri Qafqaz dağları ilə qarşılaşdıqda və Xəzər dənizinin təsiri ilə çox vaxt öz termodinamik xüsusiyyətlərini dəyişir:
“Türkiyədə hökm sürən qarlı hava şəraiti və Rusiyadan (Moskvadan) gələn Arktika mənşəli soyuq hava kütlələri Azərbaycana yanvarın 17-si gündüzdən etibarən daxil olmağa başlayacaq və bu proses yanvarın 22-dək davam edəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8°C enəcək”.
Meteoroloq əlavə edib ki, Bakıya sulu qar, rayonlara qar yağacaq:
“Paytaxt Bakıda və Abşeron yarımadasında yağışın sulu qara keçəcəyi proqnozlaşdırılır.Dağlıq və dağətəyi rayonlarda qar yağacağı, yüksək dağlıq ərazilərdə isə temperaturun mənfi 15-20°C-dək düşəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi temperaturun daha aşağı hiss olunmasına (effektiv temperatur) səbəb olacaq”.
18:43 / 14 Noyabr 2026
28
18:21 / 14 Noyabr 2026
329
18:09 / 14 Noyabr 2026
84
18:06 / 14 Noyabr 2026
383
18:03 / 14 Noyabr 2026
74
17:18 / 14 Noyabr 2026
146
17:15 / 14 Noyabr 2026
101
16:20 / 14 Noyabr 2026
114
16:05 / 14 Noyabr 2026
159
15:45 / 14 Noyabr 2026
120
15:27 / 14 Noyabr 2026
292
15:25 / 14 Noyabr 2026
128
15:07 / 14 Noyabr 2026
263
15:05 / 14 Noyabr 2026
137
14:44 / 14 Noyabr 2026
177
14:31 / 14 Noyabr 2026
125
14:24 / 14 Noyabr 2026
739
14:19 / 14 Noyabr 2026
126
14:15 / 14 Noyabr 2026
116
13:50 / 14 Noyabr 2026
3230
13:48 / 14 Noyabr 2026
151
13:16 / 14 Noyabr 2026
157
13:03 / 14 Noyabr 2026
145
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.