Qaynar xətt:

(+99450) 247 90 86

Prezidentin 46 günlük məzuniyyətlə bağlı təsdiqlədiyi qanunun əhəmiyyəti nədir?  —   Ekspert AÇIQLADI

Prezidentin 46 günlük məzuniyyətlə bağlı təsdiqlədiyi qanunun əhəmiyyəti nədir?  —   Ekspert AÇIQLADI

CƏMİYYƏT

4312

17.01.2026, 14:21

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Tanınmış iqtisadçı:“46 günlük məzuniyyət müddəti həssas zümrəyə dövlət qayğısıdır”

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində  dəyişiklik edilməsi barədə Qanun qəbul edilib. Qanuna əsasən məzuniyyət hüququ 46 təqvim günü olan xüsusi xidmətlİ işçilərin siyahısında dəyişiklik edilib. 

Oxu24.com bu qanun  dəyişikliyi ilə bağlı   Liberal İqtisadçılar Birliyinin sədri,  iqtisadi məsələlər üzrə ekspert  Akif Nəsirlinin  fikirlərini öyrənib.

İqtisadçı  bildirib ki, bu addım həssas zümrəyə  dövlət qayğısının növbəti sübutudur:” Bu dəyişikliklər ilk növbədə dövlət qarşısında xüsusi xidmətləri olan insanların əməyinə verilən dəyərin artdığını göstərir. Ərazi bütövlüyü, müstəqillik və təhlükəsizlik uğrunda sağlamlığını itirmiş, döyüşlərdə iştirak etmiş və ya yüksək dövlət təltifləri almış şəxslər fiziki və psixoloji baxımdan daha çox istirahətə ehtiyac duyurlar. Uzadılmış məzuniyyət onların sağlamlığının bərpasına, ailələrinə daha çox vaxt ayırmasına və ümumi həyat keyfiyyətinin yüksəlməsinə kömək edir”.

Qanunda dəyişikliyin  daha vacib bir əməlindən söz açan A. Nəsirli qeyd edib ki, bu gənc nəslin vətənə, dövlətə  münasibətində, xidmətində   yüksək  təbliğat rolu da  oynayır: “ Bu addım eyni zamanda sosial ədalətin gücləndirilməsinə xidmət edir. Cəmiyyət üçün riskli və ağır şəraitdə xidmət etmiş insanlara əlavə sosial təminat verilməsi dövlətin məsuliyyətli və qayğıkeş mövqeyini nümayiş etdirir. Bu, həmin şəxslərin əmək bazarında motivasiyasını artırır və onların özlərini daha güvənli hiss etməsinə şərait yaradır. Dəyişikliklərin başqa bir faydası gənc nəsildə vətəndaşlıq məsuliyyəti və dövlətə xidmət anlayışının möhkəmlənməsidir. İnsanlar görür ki, dövlət çətin anlarda xidmət göstərənləri unutmur və onları konkret sosial hüquqlarla dəstəkləyir. Bu isə uzunmüddətli dövrdə həm cəmiyyətin həmrəyliyinə, həm də dövlətə olan etimadın artmasına müsbət təsir göstərir” – deyə tanınmış iqtisadçı vurğulayıb.

 Qeyd edək ki, Qanuna əsasən, aşağıdakı işçilərə 46 təqvim günündən az olmayaraq məzuniyyət veriləcək:

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə və ya Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblərdən əlilliyi olan işçilərə;

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış işçilərə;

Döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçu olmuş işçilərə;

Azərbaycan Respublikasının ən yüksək təltifi ilə təltif olunmuş işçilərə.

 Əntiqə Rəşid

Deputatdan pensiyaçılara ŞAD XƏBƏR: Artım tarixi AÇIQLANDI

21:55 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Deputatdan pensiyaçılara ŞAD XƏBƏR: Artım tarixi AÇIQLANDI

826

0
Boşananda aliment və əmlak bölgüsü eyni məhkəmədə həll olunur? – Vəkildən AÇIQLAMA  

21:54 / 02 Oktyabr 2026

HÜQUQ HÜQUQ

Boşananda aliment və əmlak bölgüsü eyni məhkəmədə həll olunur? – Vəkildən AÇIQLAMA  

64

0
Gecələr qıcqırmanız olursa, belə yatın – Reflükslə bağlı MÜHÜM MƏSLƏHƏT  

21:52 / 02 Oktyabr 2026

TİBB TİBB

Gecələr qıcqırmanız olursa, belə yatın – Reflükslə bağlı MÜHÜM MƏSLƏHƏT  

60

0
Bakıda mühüm media toplantısı: AQEM-in ilk Forumundan GÜCLÜ MESAJLAR — Deputatlardan AÇIQLAMA  

21:43 / 02 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Bakıda mühüm media toplantısı: AQEM-in ilk Forumundan GÜCLÜ MESAJLAR — Deputatlardan AÇIQLAMA  

64

0
Naxçıvanda avtomobil piyadanı vurub öldürüb 

21:42 / 02 Oktyabr 2026

KRİMİNAL KRİMİNAL

Naxçıvanda avtomobil piyadanı vurub öldürüb 

57

0
"Prezident İlham Əliyevin Sədri olduğu partiya həm də  Azərbaycanın parlaq gələcəyi naminə ilklərə imza atır"

21:35 / 02 Oktyabr 2026

SİYASƏT SİYASƏT

"Prezident İlham Əliyevin Sədri olduğu partiya həm də Azərbaycanın parlaq gələcəyi naminə ilklərə imza atır"

69

0
Akademik karyera istəməyənlər niyə magistraturaya can atır? – Təhsil ekspertindən AÇIQLAMA  

21:33 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Akademik karyera istəməyənlər niyə magistraturaya can atır? – Təhsil ekspertindən AÇIQLAMA  

72

0
"Yaranmasından bir müddət sonra Ulu Öndərin rəhbərliyi ilə partiya inkişaf etməyə başladı"

21:27 / 02 Oktyabr 2026

SİYASƏT SİYASƏT

"Yaranmasından bir müddət sonra Ulu Öndərin rəhbərliyi ilə partiya inkişaf etməyə başladı"

71

0
Nazir 20 ilin prorektorunu işdən çıxardı – FOTO 

21:25 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Nazir 20 ilin prorektorunu işdən çıxardı – FOTO 

78

0
"Heydər Əliyevin siyasi irsi və dövlətçilik baxışları partiyanın fəaliyyətində xüsusi yer tutur"

21:18 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

"Heydər Əliyevin siyasi irsi və dövlətçilik baxışları partiyanın fəaliyyətində xüsusi yer tutur"

67

0
Hafiz Paşayev təltif edildi 

21:11 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Hafiz Paşayev təltif edildi 

93

0
“Manatlıq” taksilərə qadağa: Bakı sakinlərini nə gözləyir? — Nəqliyyatda YENİ PROBLEM  

20:59 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

“Manatlıq” taksilərə qadağa: Bakı sakinlərini nə gözləyir? — Nəqliyyatda YENİ PROBLEM  

85

0