Qaynar xətt:

(+99450) 247 90 86

Kadırovların xəyanət dosyesi: Oğlanları nazir, qızı nazir müavini, milyardlıq sərvət   

Kadırovların xəyanət dosyesi: Oğlanları nazir, qızı nazir müavini, milyardlıq sərvət   

DÜNYA

2079

17.01.2026, 20:01

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

 Mövzuya 2019-cu ildə baş vermiş bir dialoqla başlamaq istəyirik: Deməli,  Ramzan Kadırov  qalmaqallı bir  müsahibəsidə XIX əsrdə Qafqazdakı dağ xalqlarının lideri olmuş Şeyx Şamili əvvəl Rusiyaya qarşı vuruşub, sonra ruslar tərəfə keçməkdə ittiham edir və buna görə jurnalistlər, ictimai xadimlər,  din adamları etiraz olaraq Mahaçqalada 100 nəfərin iştirak etdiyi aksiya keçirilir.Həmin vaxt aaksiyada  çeçen bloqçu Tumso Abdurəhmanov deyib ki, Ramzanın sözləri onu təəccübləndirir, axı onun atası da təxminən eyni şeyi edib: "Niyə təxminən deyirəm? Çünki təslim olan Şeyx Şamildən fərqli olaraq sənin atan könüllü olaraq Rusiya tərəfə keçib".

 Bəli, Əhməd Kadırov 2003-cü ilin 5 oktyabrından 2004-cü ilin mayın 9-a kimi Çeçenistan Respublikasının prezidenti olub.

Çeçenistanın müftisi olub. İkinci Çeçenistan müharibəsindən sonra isə Federal hökumətin tərəfinə keçib. 2004-cü ildə o, üsyançıların törətdiyi terror hadisəsində ölən ata Kadırov ölümündən sonra "Çeçenistan Respublikasının inkişafı və terrorizmlə mübarizədə göstərdiyi cəsarət və qəhrəmanlığa görə" Rusiya Qəhrəmanı adına layiq görüldü. Buna baxmayaraq Avropa və Ukrayna mediası yazırdı ki, ata Kadırovun ölümünü Rusiya dövlət xidməti orqanları həyata keçirib. Çünki siyasi və hərbi arenada  təcrübəli, öz ölkəsində müəyyən qədər nüfuzlu, Rusiyanın  bəzi tələbləri ilə müəyyən qədər  razılaşmayan  bir liderdənsə, Rusiyaya Ramzan Kadırov  kimi dərin elmi, savadı, təcrübəsi olmayan, vəzifə, mənsəb, şöhrətpərəst  bir gənclə işləmək daha sərfəli idi.  

Bu terror hadisəsindən həmən sonra  I Çeçen müharibəsində Çeçenistana qarşı  döyüşmüş peşəkar polis zabiti Alu Alxanov 30 avqust 2004-cü ildə prezident seçildi.  Amma hədəf Ramzan idi və o bunu anlayırdı deyə inciyə bilərdi. Odur ki, Putin  Kadırovu  2004-cü ildə İkinci Rus- Çeçen müharibəsində rusların yanında olduğu üçün "Rusiya Federasiyasının Qəhrəmanı" fəxri adına layiq görür. 15 fevral 2007-ci ildə Putin Alxanov   Rusiya ədliyyə nazirinin müavini təyin etdikdən sonra  -

 2007-ci ildə Çeçenistan rəhbəri postuna gətirilən Ramzan Kadırov bu günə qədər öz vəzifəsindədir.

20 avqustda Rusiya Prezidenti Vladimir Putin Çeçenistanın birinci prezidenti, Rusiya Qəhrəmanı Əhməd-Hacı Kadırovun məzarını ziyarət edib.  Rusiya imperiyasına xidmət göstərən hər kim olursa olsun, 100 illər keçsə də,  o Rusiya tərəfindən hər zaman xatırlanır, mükafatlanır, təltif edilir, xəyanət etdiyi xalqın yaddaşına  "qəhrəman" kimi qazılır. 

 Uzaqgörən Putin

26 fevralda Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Çeçenistan silahlı qüvvələrinin Ukraynaya yerləşdirildiyini elan edərək bildirib ki, Putin "düzgün qərar verib və biz istənilən halda onun əmrlərini yerinə yetirəcəyik".  Elə həmin gün Rusiyanın dövlət media orqanı RT Çeçenistanın paytaxtı Qroznı şəhərinin əsas meydanında toplaşan 12.000 çeçen əsgərinin Ukraynada müharibəyə hazırlaşdığını göstərən video yayımladı . 2022-ci ilin iyun ayının sonlarında Kadırov tamamilə etnik çeçenlərdən ibarət dörd yeni batalyon yaradıldığını elan etdi . Kadırovun sözlərinə görə, "Şimal-Axmat", "Cənub-Axmat", "Qərb-Axmat" və "Şərq-Axmat" adlandırılan bu  batalyonlar Ukraynada döyüşməyə göndərdi. Bundan dərhal sonra  öz xalqının nümayəndələrini  öz əli ilə Putinin  qəsbkar istəklərinə qurban verən Ramzan Kadırova Putin tərəfindən  general-polkovnik rütbəsi ilə mükafatlandırıldı. Aradan az müddət keçəndən sonra çeçen komandir   Delimxanovla birlikdə 200-ə yaxın terrorçu,  Kadırova yaxın olan şəxslər də məhv edilib:” Artilleriya işləyib. Yaralılar yoxdur, hətta təcili yardım maşınları da gəlməyib. Bütün meyitləri helikopterlərlə çıxarıblar. Yarım saat ərzində 12 helikopter uçub”.

Çeçen kişilərin tabutları Qroznıya daşındıqca çeçen analar, bacılar etirazlara qalxdı. Kadırov Qroznıda müharibə əleyhinə aksiya keçirməyə cəhd edən 40-a yaxın qadının cəzalandırıldığını dedi:” Cəza olaraq həmin qadınların qohumları artıq səfərbər olunaraq Ukraynaya göndərilib.

Təkcə 2023-cü ildə  Kadırov 21 mindən çox çeçen Rusiya tərəfindən döyüşlərdə iştirak etdiyini  deyirdi, amma Qroznıya qatar-qatar gələn tabutların  sayı -hesabı bilinmirdi.

Ramzan Putinin ona verdiyi bütün ixtiyaratın sayəsində  o bildiyini edirdi. Çeçenistanın bədən tərbiyəsi və idman naziri, respublika rəhbəri Ramzan Kadırovun oğlu 20 yaşlı Əhməd Kadırov(2005-ci il təvəllüd) Çeçenistan hökumətinin müvəqqəti sədr müavini təyin edilib.   Kadırovun böyük qızı 22 yaşlı Ayşat 2021-ci ildən nazir  olaraq respublikanın Mədəniyyət Nazirliyinə 2023-cü ildə isə baş nazirin müavini təyin olunub.  2023-cü ildə ölkənin səhiyyə naziri Adam Alxanov  Ramzanın oğlu,  16 yaşlı Adam Kadırovu( 2007-ci il) təbrik edərək, Çeçenistan başçısının təhlükəsizlik departamentinin rəhbəri vəzifəsinə təyin olunduğunu açıqladı. 2024-cü ildə isə Kadırovun 19 yaşlı qızı Təbarik “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalı ilə təltif edildi. Nəhayət Kadırovun  12 övladının adına müxtəlif  yatırımlar, daşınmaz əmlak ,  ticarət obektləri, sərvətlər var və sair.

 Ramzan Kadırovun maliyyə qaynaqlarından biri formal olaraq onun atası Əhməd Kadırovun adına yaradılmış xeyriyyə fondudur. Təkcə 2019-cu ildə həmin fonda 6 milyard rubl (77 milyon 220 min ABŞ dolları) pul yığılıb. Lakin fondun xeyriyyəçilik məqsədləri ilə xərclədiyi məbləğ bunun qat-qat aşağısındadır.

Çeçenistanda hakimiyyət sistemi Kadırov-atanın və Kadırov-oğulun ailə bağları üzərində qurulub. Sadə çeçenlərin  kasıbçılıq, imkansızlıq, hüquqsuzluq  kimi ağır yüklərin altında əzilməsi Çeçenistanın 19 ildir təpəsinə çökmüş Kadırovların umrunda deyil. Xalqına zülm edib, öz mənafeyin xətrinə ailəsinə lüks həyat yaşadan heç bir  diktatorun sonu  xeyirliyə getməyib.

Əntiqə Rəşid

Boşananda aliment və əmlak bölgüsü eyni məhkəmədə həll olunur? – Vəkildən AÇIQLAMA  

21:54 / 02 Oktyabr 2026

HÜQUQ HÜQUQ

Boşananda aliment və əmlak bölgüsü eyni məhkəmədə həll olunur? – Vəkildən AÇIQLAMA  

62

0
Gecələr qıcqırmanız olursa, belə yatın – Reflükslə bağlı MÜHÜM MƏSLƏHƏT  

21:52 / 02 Oktyabr 2026

TİBB TİBB

Gecələr qıcqırmanız olursa, belə yatın – Reflükslə bağlı MÜHÜM MƏSLƏHƏT  

58

0
Bakıda mühüm media toplantısı: AQEM-in ilk Forumundan GÜCLÜ MESAJLAR — Deputatlardan AÇIQLAMA  

21:43 / 02 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Bakıda mühüm media toplantısı: AQEM-in ilk Forumundan GÜCLÜ MESAJLAR — Deputatlardan AÇIQLAMA  

62

0
Naxçıvanda avtomobil piyadanı vurub öldürüb 

21:42 / 02 Oktyabr 2026

KRİMİNAL KRİMİNAL

Naxçıvanda avtomobil piyadanı vurub öldürüb 

54

0
"Prezident İlham Əliyevin Sədri olduğu partiya həm də  Azərbaycanın parlaq gələcəyi naminə ilklərə imza atır"

21:35 / 02 Oktyabr 2026

SİYASƏT SİYASƏT

"Prezident İlham Əliyevin Sədri olduğu partiya həm də Azərbaycanın parlaq gələcəyi naminə ilklərə imza atır"

67

0
Akademik karyera istəməyənlər niyə magistraturaya can atır? – Təhsil ekspertindən AÇIQLAMA  

21:33 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Akademik karyera istəməyənlər niyə magistraturaya can atır? – Təhsil ekspertindən AÇIQLAMA  

69

0
"Yaranmasından bir müddət sonra Ulu Öndərin rəhbərliyi ilə partiya inkişaf etməyə başladı"

21:27 / 02 Oktyabr 2026

SİYASƏT SİYASƏT

"Yaranmasından bir müddət sonra Ulu Öndərin rəhbərliyi ilə partiya inkişaf etməyə başladı"

69

0
Nazir 20 ilin prorektorunu işdən çıxardı – FOTO 

21:25 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Nazir 20 ilin prorektorunu işdən çıxardı – FOTO 

76

0
"Heydər Əliyevin siyasi irsi və dövlətçilik baxışları partiyanın fəaliyyətində xüsusi yer tutur"

21:18 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

"Heydər Əliyevin siyasi irsi və dövlətçilik baxışları partiyanın fəaliyyətində xüsusi yer tutur"

65

0
Hafiz Paşayev təltif edildi 

21:11 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Hafiz Paşayev təltif edildi 

91

0
“Manatlıq” taksilərə qadağa: Bakı sakinlərini nə gözləyir? — Nəqliyyatda YENİ PROBLEM  

20:59 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

“Manatlıq” taksilərə qadağa: Bakı sakinlərini nə gözləyir? — Nəqliyyatda YENİ PROBLEM  

83

0
Qayda pozan 77-AA-788 nömrəli avtomobilin sürücüsü CƏZALANDIRILDI 

20:51 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Qayda pozan 77-AA-788 nömrəli avtomobilin sürücüsü CƏZALANDIRILDI 

74

0