Dollar və neftlə bağlı ŞOK PROQNOZ: Gələn ildən etibarən...
31 Dekabr 2025, 17:24
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
91
31.12.2025, 13:29
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 24 aprel 2020-ci il taixli qərarı ilə təsdiq edilmiş "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları"nda dəyişikliklər edib.
Oxu24.com xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, tənzimləyici qurum risklərin qiymətləndirilməsində və kapitalın adekvatlığının təmin olunmasında yanaşmanı yeniləyib. Əvvəlki redaksiyada istifadə olunan "məcmu kapital" anlayışı əsas bəndlər üzrə "bank kapitalı" anlayışı ilə əvəzlənib. Bununla yanaşı, kapitalın kifayətliliyinin qiymətləndirilməsi artıq ümumi anlayışlar əsasında deyil, kapital adekvatlığı əmsalları üzrə aparılacaq.
Belə ki, Müşahidə Şurası və İdarə Heyəti bank kapitalının bankın üzləşdiyi risklərin səviyyəsinə uyğun həcmdə, Mərkəzi Bankın müəyyən etdiyi minimum tələblərdən az olmayaraq saxlanılmasını və kapital adekvatlığı əmsallarına riayət olunmasını təmin etməlidir.
Dəyişikliklər çərçivəsində bankların kredit, bazar, əməliyyat və digər risklərinin kapitala təsiri artıq məcmu kapitalın adekvatlığı yox, kapital adekvatlığı əmsallarına potensial təsiri prizmasından qiymətləndiriləcək. Stress-testlər və digər risk qiymətləndirmə metodları da məhz bu əmsallar üzrə aparılacaq.
Eyni zamanda, bankların kapital planlaşdırması, gələcək kapital tələbatının müəyyən edilməsi, risklərə uyğun kapital strukturu və kapital mənbələrinin qiymətləndirilməsi proseslərində kapitalın keyfiyyəti və normativ göstəricilərə təsiri əsas meyar kimi götürüləcək.
Banklar tərəfindən kapitalın adekvatlıq əmsalları aşağıdakı hədlərdən az olmayan səviyyədə saxlanılmalıdır:
- Əsas I dərəcəli kapitalın adekvatlıq əmsalı – Əsas I dərəcəli kapitalın risk dərəcəsi üzrə ölçülmüş aktivlərə nisbəti 4,5 % olmaqla;
- I dərəcəli kapitalın adekvatlıq əmsalı – I dərəcəli kapitalın risk dərəcəsi üzrə ölçülmüş aktivlərə nisbəti 6 % olmaqla;
Həmçinin oxuyun
- məcmu kapitalın adekvatlıq əmsalı – məcmu kapitalın risk dərəcəsi üzrə ölçülmüş aktivlərə nisbəti 8 % olmaqla.
- Kapitalın adekvatlıq əmsallarının hesablanması zamanı istifadə edilən risk dərəcəsi üzrə ölçülmüş aktivlər kredit riski, əməliyyat riski və bazar riski üzrə ölçülmüş aktivlərin cəminə bərabərdir.
Bundan başqa, banklar müəyyən edilmiş kapitalın minimum adekvatlıq əmsalları üzrə tələbdən əlavə 2,5 % həddində konservasiya kapital buferi saxlamalıdır. Konservasiya kapital buferinin tətbiqindən sonra kapitalın adekvatlıq əmsallarının yeni hədləri aşağıdakı kimi müəyyən edilib:
- Əsas I dərəcəli kapitalın adekvatlıq əmsalı – 7 %;
- I dərəcəli kapitalın adekvatlıq əmsalı – 8,5 %;
- məcmu kapitalın adekvatlıq əmsalı – 10,5 %.
Həmçinin bank tərəfindən konservasiya kapital buferi bu Qaydaların 8-2.1-ci bəndində müəyyən edilmiş həddən aşağı düşdükdə mükafat və dividend ödənişi, o cümlədən aralıq dividend ödənişi aşağıdakı cədvəldə müəyyən edilmiş qaydada məhdudlaşdırılır:
17:45 / 31 Dekabr 2025
1
17:35 / 31 Dekabr 2025
17
17:24 / 31 Dekabr 2025
35
17:21 / 31 Dekabr 2025
29
17:16 / 31 Dekabr 2025
40
17:11 / 31 Dekabr 2025
30
17:01 / 31 Dekabr 2025
104
16:53 / 31 Dekabr 2025
40
16:41 / 31 Dekabr 2025
40
16:38 / 31 Dekabr 2025
68
16:31 / 31 Dekabr 2025
1243
16:26 / 31 Dekabr 2025
51
16:09 / 31 Dekabr 2025
57
15:57 / 31 Dekabr 2025
56
15:44 / 31 Dekabr 2025
64
15:39 / 31 Dekabr 2025
62
15:31 / 31 Dekabr 2025
52
15:18 / 31 Dekabr 2025
55
15:04 / 31 Dekabr 2025
86
14:47 / 31 Dekabr 2025
102
14:42 / 31 Dekabr 2025
84
14:33 / 31 Dekabr 2025
80
14:28 / 31 Dekabr 2025
74
14:24 / 31 Dekabr 2025
74
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.