Türkiyə gəmisinə HÜCUM EDİLDİ: Yaralananlar var
03 Avqust 2026, 23:14
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
745
31.12.2025, 12:59
"The New York Times" yazır ki, ABŞ-ın hərbi yardımını mart ayında müvəqqəti dayandırmasından sonra Donald Trampın komandası ilk dəfə Ukraynadan müharibənin dayandırılması naminə ərazi güzəştlərinə razılıq almağa nail olub.
Oxu24.com xəbər verir ki, nəşrin məlumatına görə, 11 martda Səudiyyə Ərəbistanında keçirilən qapalı görüşdə ABŞ dövlət katibi Marko Rubio Ukrayna nümayəndə heyətinin qarşısına cəbhə xətti işarələnmiş iri Ukrayna xəritəsini sərib və açıq sual verib:
“Dövlət kimi yaşamaq üçün sizin keçilməz qırmızı xətləriniz hansılardır?”
Həmin vaxt Trampın müşaviri Uolts Ukraynanın müdafiə naziri Rüstəm Umerova tünd-göy marker uzadaraq “Çəkməyə başlayın” deyib. Umerov Ukraynanın şimal sərhədini Rusiya və Belarusla, daha sonra isə təmas xəttini Xarkov, Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətləri boyunca xəritədə qeyd edib.
Umerov ayrıca Zaporojye Atom Elektrik Stansiyasını dairəyə alaraq rus qüvvələrinin stansiyanın təhlükəsiz istismarını təmin edə bilmədiyini, bunun “nüvə fəlakəti” riski yaratdığını bildirib və Kiyevin stansiyanı geri qaytarmaq istədiyini vurğulayıb. O, həmçinin Kinburn dilini göstərərək bu əraziyə nəzarətin bərpasının Nikolayev gəmiqayırma zavodlarına dəniz yolunu açacağını qeyd edib.
NYT xatırladır ki, müharibənin ilk üç ili ərzində Ukrayna prezidenti Volodimir Zelenski dəfələrlə bütün ərazilər azad olunana qədər mübarizənin davam edəcəyini bəyan etmişdi. Lakin amerikalı rəsmilərin sözlərinə görə, məhz bu görüş dönüş nöqtəsi oldu: “İlk dəfə Zelenski öz nümayəndələri vasitəsilə sülh naminə ölkənin təxminən 20%-nə dair güzəştə hazır olduğunu göstərdi”.
Trampın müşavirləri həmin gün bir-birlərinə Ukrayna tərəfinin artıq “tələdə” olduğunu deyiblər. Elə həmin günün sonunda Donald Tramp hərbi yardımın bərpası barədə göstəriş verib və onun komandası mümkün razılaşmanın parametrlərini formalaşdırmağa başlayıb.
Məqalədə qeyd olunur ki, Rubio ukraynalılara ABŞ-ın işğal edilmiş ərazilər üzərində Rusiyanın yurisdiksiyasını tanımaq niyyətində olduğunu da deyib, lakin Kiyev və Avropa paytaxtlarından eyni addımı tələb etməyəcəyini əlavə edib:
“Bunu yalnız biz edəcəyik”, – deyə Rubio mart ayında bildirib.
NYT-nin təhlilinə görə, Səudiyyə Ərəbistanındakı həmin masa arxasında çəkilən xətlər Ukrayna üzrə gələcək diplomatik razılaşmaların çərçivəsini müəyyənləşdirən ən mühüm anlardan biri olub.(Musavat.com)
23:27 / 03 Avqust 2026
46
23:14 / 03 Avqust 2026
46
22:40 / 03 Avqust 2026
54
21:34 / 03 Avqust 2026
62
20:59 / 03 Avqust 2026
105
20:51 / 03 Avqust 2026
85
20:23 / 03 Avqust 2026
81
20:07 / 03 Avqust 2026
101
19:24 / 03 Avqust 2026
227
19:02 / 03 Avqust 2026
119
18:38 / 03 Avqust 2026
148
18:15 / 03 Avqust 2026
83
17:59 / 03 Avqust 2026
117
17:45 / 03 Avqust 2026
137
17:30 / 03 Avqust 2026
104
17:15 / 03 Avqust 2026
147
17:10 / 03 Avqust 2026
119
16:48 / 03 Avqust 2026
275
16:42 / 03 Avqust 2026
131
16:18 / 03 Avqust 2026
189
15:55 / 03 Avqust 2026
117
15:40 / 03 Avqust 2026
143
15:36 / 03 Avqust 2026
111
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.