Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
04 Oktyabr 2026, 03:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
740
31.12.2025, 15:18
Böyük miqyaslı yeni araşdırmaya görə, insanın maliyyə rifahı ürək sağlamlığı üçün xolesterin və ya arterial təzyiq kimi ənənəvi tibbi göstəricilərdən daha əhəmiyyətli ola bilər.
Oxu24.com xəbər verir ki, bu barədə ABŞ-nin Mayo Klinikası məlumat yayıb.
Alimlər süni intellektdən istifadə edərək 2018–2023-cü illər arasında qeydə alınmış təxminən 300 min elektrokardioqrammanı (EKQ) təhlil ediblər. Süni intellekt “ürəyin yaşı” adlanan göstəricini qiymətləndirib. Bu göstərici ürəyin elektrik sisteminin nə dərəcədə köhnəldiyini əks etdirir və ürək-damar xəstəlikləri, eləcə də ölüm riski ilə birbaşa əlaqəlidir.
Sosial və tibbi amillərin təsiri müqayisə edildikdə məlum olub ki, maliyyə çətinlikləri ürəyin sürətlə qocalmasına səbəb olan ən güclü faktordur. Maddi problemləri olan şəxslərdə iki il ərzində ölüm riski, mövcud xəstəliklər nəzərə alınmaqla belə, 60 faiz daha yüksək olub.
İkinci yerdə keyfiyyətli və sağlam qidaya çıxışın olmaması qərarlaşıb. Mənzil qeyri-sabitliyi ölüm riskini 18 faiz artırıb. Maraqlıdır ki, eyni analizdə əvvəllər keçirilmiş infarkt ölüm riskini cəmi 10 faiz yüksəldib. Tibbi diaqnozlar arasında isə ən güclü təsir arterial hipertenziya, şəkərli diabet və ürək çatışmazlığı ilə əlaqəli olub.
Tədqiqatçılar bildiriblər ki, davamlı maliyyə dərdi çəkmək stress hormonlarının uzun müddət yüksək səviyyədə qalmasına, iltihabi proseslərin güclənməsinə səbəb olur. Eyni zamanda bu, sağlam qidalanma, müntəzəm tibbi yardım və dərmanlara çıxışı məhdudlaşdırır. Aşağı gəlir tez-tez qeyri-sabit yaşayış şəraiti ilə müşayiət olunur ki, bu da yuxu rejimini pozur. Bütün bu amillər zamanla ürəyin vəziyyətinə mənfi təsir göstərir.(Axşam.az)
09:49 / 04 Oktyabr 2026
35
03:58 / 04 Oktyabr 2026
107
00:16 / 04 Oktyabr 2026
137
23:56 / 03 Oktyabr 2026
85
23:26 / 03 Oktyabr 2026
88
22:53 / 03 Oktyabr 2026
102
22:48 / 03 Oktyabr 2026
86
22:41 / 03 Oktyabr 2026
112
22:29 / 03 Oktyabr 2026
104
22:13 / 03 Oktyabr 2026
238
22:08 / 03 Oktyabr 2026
132
21:24 / 03 Oktyabr 2026
96
21:09 / 03 Oktyabr 2026
123
20:57 / 03 Oktyabr 2026
159
20:51 / 03 Oktyabr 2026
111
20:38 / 03 Oktyabr 2026
125
20:27 / 03 Oktyabr 2026
714
20:14 / 03 Oktyabr 2026
113
20:03 / 03 Oktyabr 2026
568
19:52 / 03 Oktyabr 2026
814
19:51 / 03 Oktyabr 2026
153
19:46 / 03 Oktyabr 2026
89
19:34 / 03 Oktyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.