Azərbaycanda 3 gün ardıcıl İŞ OLMAYACAQ - TARİXLƏR AÇIQLANDI
04 Oktyabr 2026, 10:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1105
31.12.2025, 13:47
Cəzaçəkmə müəssisələrinə maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən xidməti vəsiqələrini təqdim etməklə buraxılan şəxslərin əhatə dairəsi genişləndirilib.
Oxu24.com-un xəbərinə görə, Ədliyyə Nazirliyi Kollegiyası bununla bağlı “Müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları icra edən müəssisələrə daxilolma Qaydası”nda dəyişiklik edib.
İndiyə qədər Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri, Azərbaycan Respublikasının Ədliyyə Naziri, Ədliyyə Nazirinin müavinləri (Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan MR-ın Ədliyyə Naziri və onun müavini), PX-nin rəis müavinləri, qərargah rəisi, Tibb baş idarəsinin rəisi və müavinləri, əməliyyat, rejim və nəzarət şöbələrinin rəisləri, habelə Ədliyyə Nazirliyi üzrə 29 iyun 2001-ci il tarixli 19-T nömrəli əmrin 1-ci bəndində göstərilən şəxslər maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən xidməti vəsiqələrini təqdim etməklə cəzaçəkmə müəssisələrinə buraxılıb.
Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ədliyyə naziri, ədliyyə nazirinin müavinləri (Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan MR-ın ədliyyə naziri və onun müavini), Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəhbər heyəti və işçiləri, Cəzaların icrasına nəzarət baş idarəsinin rəhbər heyəti və işçiləri, Tibb baş idarəsinin rəhbər heyəti və işçiləri, Penitensiar xidmətin rəis müavinləri, Xidmətin Strateji planlaşdırma və monitorinq idarəsinin rəisi, Əməliyyat-rejim idarəsinin rəisi və bu idarənin şöbə rəisləri maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən xidməti vəsiqələrini təqdim etməklə cəzaçəkmə müəssisələrinə buraxılacaq.
O cümlədən İnsan hüquqları üzrə müvəkkil (ombudsman) və Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən xidməti vəsiqələrini təqdim etməklə cəzaçəkmə müəssisələrinə buraxılacaq.
10:22 / 04 Oktyabr 2026
1
10:20 / 04 Oktyabr 2026
7
09:49 / 04 Oktyabr 2026
45
03:58 / 04 Oktyabr 2026
112
00:16 / 04 Oktyabr 2026
142
23:56 / 03 Oktyabr 2026
85
23:26 / 03 Oktyabr 2026
89
22:53 / 03 Oktyabr 2026
102
22:48 / 03 Oktyabr 2026
86
22:41 / 03 Oktyabr 2026
113
22:29 / 03 Oktyabr 2026
105
22:13 / 03 Oktyabr 2026
243
22:08 / 03 Oktyabr 2026
133
21:24 / 03 Oktyabr 2026
96
21:09 / 03 Oktyabr 2026
124
20:57 / 03 Oktyabr 2026
160
20:51 / 03 Oktyabr 2026
111
20:38 / 03 Oktyabr 2026
125
20:27 / 03 Oktyabr 2026
716
20:14 / 03 Oktyabr 2026
113
20:03 / 03 Oktyabr 2026
571
19:52 / 03 Oktyabr 2026
834
19:51 / 03 Oktyabr 2026
153
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.